ƏDL Baş katibi İran və Türkiyə barədə danışıb.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, İran və Türkiyə öz nüfuzlarını Yaxın Şərqin ərəb ölkələrinə yaymağa çalışır.
Bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu əl-Qeyt Qahirədə təşkil edilmiş forumda bəyan edib.
“İran və Türkiyə öz ekspansionist layihələrini öz hüdudlarından kənarda reallaşdırırlar. Onların buna haqqı yoxdur”, - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, “Türkiyə “Yeni Osmanlıçılıq” örtüyü altında siyasi İslamı” təbliğatını aparır.
Ərəb Dövlətləri Liqasından İran və Türkiyəyə qarşı bəyanat