EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.02.2019 21:14:05

BƏƏ-də yəhudi icması ilə bağlı qərar qəbul edilib.

İslamazeri.com-un “Ynet”-ə istinadən verdiyi xəbərə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilk dəfə olaraq ölkədəki yəhudi icmasını rəsmi şəkildə tanıyıb.

Həmin icmanın daha öncə ölkədə faktiki olaraq “gizli” mövcud olduğu qeyd edilir.

BƏƏ-nin yəhudi icmasına rəsmi status verən sənədi ölkənin dözümlülük naziri şeyx Lübna Xalid əl-Qasimi imzalayıb.

Bildirilir ki, ərəb-yəhudi münasibətlərindəki bu cür inkişaf ABŞ-dan olan ravvin Mark Şnayerin vasitəçiliyi ilə mümkün olub. Şnayer bəyan edib ki, BƏƏ rəhbərliyinin yəhudi icmasını tanıması Fars körfəzindəki bütün yəhudi icmaları üçün nailiyyətdir.

Bundan başqa, məlum olub ki, tezliklə BƏƏ-də sinaqoq inşa ediləcək və koşer restoran açılacaq.


Ərəb dövləti yəhudiləri rəsmi şəkildə tanıdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ