EURO 1,9635 NEFT 81,05
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:10.01.2018 16:20:56

Madrid “Real”ının futbolçuları Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun eqoizmindən bezib və ona qarşı çıxıblar.

İslamazeri.com Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia ilə İspaniyanın “Diario Qol” nəşri gündəmə gəlib.

Xəbərdə qeyd olunur ki, ona ilk qarşı çıxan İsko olub. Sonra İskonu Serxio Ramos, Markos Asensio, Dani Sebalyos və Lukas Vaskes də dəstəkləyib.

Onu da bildirək ki, İsko ilə Ronaldu arasında bu problem hələ noyabrda başlayıb. Həmin oyunda “Real” 3:0 qalib gəlmiş, İsko ona qol ötürməsi verən Ronaldu ilə sevincini bölüşməyi lazım bilməmişdi. Daha sonra Ronaldu buna görə İskonu barmağı ilə hədələmişdi.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Kriştianu Ronaldunun komandadan gedəcəyi deyilir. Ötən ilin ən yaxşısı seçilmiş futbolçunun xidmətində Fransanın PSJ klubu maraqlıdır.


“Real” futbolçuları Ronalduya qarşı çıxdılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əsəd Trampa və digərlərinə qalib gəldi - The National Interest
    “Əsəd qalib gəldi, Vaşinqton isə uduzdu.”
     15.10.2018
    Hüquq müdafiəçiləri cənub bölgəsində tanınmış kriminal avtoritetlə görüşüb - FOTO
    Cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirilib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ