EURO 1,9368 NEFT 63,13
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.06.2018 10:19:35

"Türkiyə mafiya babası" saylan Ələddin Çakıcı "Karar" qəzetinin sahibi və 6 jurnalist haqqında ölüm hökmü verib

İslamazeri.com xəbər verir ki, Türkiyənin həbsdə olan çox böyük qruplaşmalardan birinin lideri və "Türkiyə mafiya babası" saylan Ələddin Çakıcı "Karar" qəzetinin sahibi və 6 jurnalist haqqında ölüm hökmü verib.

Buna səbəb onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbəsi zamanı ülkücü-millətçilərə təşəkkür etməməsindən sonra sərt tənqidlərini qəzetlərində "Çakıcıdan Ərdoğana həyasız təhdid" başlığı ilə yayımlamaları olub.

Çakıcı, bu başlıqla manşet yayan "Karar" qəzetinin sahibi Mehmet Aydın və 6 jurnalist  - Mehmet Ocaktan, Yusuf Ziya Cömert, Yıldıray Oğur, Akif Beki, Elif Çakır və Hakan Albayrak haqqında "Zərər verdiyim hər kəsə öncədən xəbər verdim. Türkiyə və xaricdəki bütün sevənlərim tərəfindən  görüldükləri yerdə cəzalandıracaqlar. Bu "abi vur de, ölək" deyənlərə; kim məni sevirsə onlara - çağrımdır. Vəzifələrini yerinə yetirsinlər" açıqlamasını özünə bağlı instagram səhifəsindən yayımlayıb.

Bundan sonra rəsmi tapşırıqla polislər təhdid olunan jurnalistlər üçün mühafizə təşkil ediblər.

Jurnalistlərin qorxaraq bu başlıqlı xəbərləri silmələri isə, ikinci mesaja səbəb olub və jurnalistlərin bu addımı təqdirə layiq hesab edilərək onlara səhvlərini düzəltmək üçün 3 ay vaxt verilib və mafiya babasının sevənlərinə bu "hökm"ü 3 ay icra etməmələri tapşırılıb.

Qeyd edək ki, Çakıcı MHP lideri Devlet Bahçeli ilə bir müddət öncə xəstəxanada görüşmüşdü. O, milliyətçi olaraq dərin dövlətlə əlaqələndirilən kriminal aləmin ən nüfuzlu liderlərindən sayılır. Türkiyənin mafiya və kriminal aləmlə bağlı çəkilən serial və bədii filmlərində birbaşa da olmasa, onun obrazı daima canlandırılır.

Ələddin Çakıcı KİMDİR?


Ərdoğana "Türkiyənin sahibi deyilsən" deyən Türkiyə mafiya babası Çakıcıdan jurnalistlərə ölüm HÖKMÜ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
    O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar.
     22.11.2018
    Bakıda diri cücələri zibil qutularına atdılar - VİDEO
    Bakıda zibil qutularına çox sayda diri cücə atılıb.
     22.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ