EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.08.2018 21:36:23

Türkiyəli lider türk lirəsinin kursunun düşməsinə də diqqət çəkib.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fətullah Gülənin terror cərəyanını dəstəkləyən və gizlədənlər rəsmi Ankaraya insan haqlarına dair ağıl verə bilməzlər.

Onun sözlərinə görə, əlləri yüzlərlə Türkiyə vətəndaşının qanına bələnmiş terrorçuların fəaliyyətinə məhəl qoymayanlar rəsmi Ankara ilə demokratiya mövzusuna üzrə danışa bilməzlər.

“Bu xalq təhdid və şantaj dilini qəbul etməyəcək. Türkiyə xalqını sıxışdırmaq cəhdləri də tamamilə puç olmağa məhkumdur”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyəli lider türk lirəsinin kursunun düşməsinə də diqqət çəkib.

O, türk lirəsinin kursu ilə aparılan manipulyasiyalara baxmayaraq Türkiyə iqtisadiyyatının II kvartalı yüksəlişlə tamamlayacağına əminliyini ifadə edib.

Ərdoğan həmçinin bu gün Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığına da toxunub.

O, Rusiyadan Türkiyəyə olan turist axınının artmasına diqqət çəkib.

“Cari ildə Türkiyəni 6 milyonadək rusiyalı turist ziyarət edəcək. Rusiya ilə münasibətlə ölkələrimizin qüdrətini möhkəmləndirir”, - deyə o bildirib.


Ərdoğan: Ruslarla əməkdaşlıq Türkiyəni gücləndirir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ