EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.06.2018 09:28:49

Türkiyə lideri Rusiyadan alacağı "S-400"-lərlə bağlı çıxış edib.

İslamazeri.com-un “Hurriyet Daily News”-ə istinadən verdiyi xəbərə əsasən, rəsmi Ankara zərurət halında Rusiyadan aldığı “S-400” zenit raket komplekslərindən (ZRK) istifadə etməyə hazırdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Biz “S-400”-ü sadəcə anbara yerləşdirmək üçün almırıq. Lazım olduqda biz onları istifadə edəcəyik. Bunlar müdafiə sistemləridir. Onlardan istifadə etməyəcəyiksə, onda onlar bizim nəyimizə gərəkdir?”, - deyə türkiyəli lider bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, rəsmi Ankara bir neçə il ərzində oxşar silahı ABŞ-dan istəsə də, rədd cavabı alıb. Ərdoğan əlavə edib ki, Türkiyə bundan “yorulub”.

“Rusiya bizim sorğularımıza olduqca maraqlı təkliflə reaksiya verdi. Onlar dedilər ki, hətta (bizimlə) birgə istehsala belə gedəcəklər. Onlar bizə borcun verilməsinə dair olduqca yaxşı şərtlər təklif etdilər.”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” ZRK-ləri ilə bağlı kredit sazişi imzalayıb. Ankara 2 batareya ZRK alacaq. Həmin batareyalara isə Türkiyə personalı xidmət göstərəcək. Tərəflər həmçinin “S-400”-ün Türkiyədə istehsalının inkişafı sahəsində texnoloji əməkdaşlıq haqda da razılıq əldə ediblər. Ərdoğan bildirib ki, kontrakt üzrə avans artıq ödənilib.

ABŞ və NATO-nun digər üzvləri isə Türkiyənin bu qərarını dəfələrlə tənqid ediblər. ABŞ dövlət katibinin yardımçısı Uess Mitçell “S-400”-lərin alınmasının ABŞ istehsalı “F-35”-lərin Türkiyəyə olan tədarükünə mənfi təsir edə biləcəyini deyirdi. NATO-nun kibermüdafiə üzrə şöbəsinin başçısı Kristian Liflander vurğulayırdı ki, "S-400"-lər NATO-ya üzv ölkələrin silahlanmasında olan müvafiq sistemlərlə çətin uyğulaşa biləcək.


Ərdoğan ruslardan aldığı S-400-lə hədələdi: Lazım olsa...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018
    Dövləti talayan sabiq məmurların lüks həyatı - FOTO
    Keçmiş vəzifəlilər dövlətdən oğurladıqları pullarla harın həyat tərzini davam etdirirlər
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ