EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.12.2017 16:00:38

İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi, bu məsələnin sonuna qədər izləyəcəyik

ABŞ prezidenti Donald Trampın ölkəsinin İsraildəki səfirliyini 6 dekabrda Təl-Əvivdən Qüdsə keçirəcəyi iddiası dünyanı ayağa qaldırıb. Məsələ ilə əlaqədar dünən İslam Əməkdaşlıq Təşkilatı Donlad Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və səfirliyin bu şəhərə köçürülməsindən çəkinməyə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib, ABŞ və İsrailə etiraz edib. Qüdsün müsəlmanların "qırmızı xətti" olduğunu qeyd edən Ərdoğan, Trampın Qüds ilə bağlı addım atması halında İslam Əməkdaşlıq Təşkilatı Liderlər Sammitinin İstanbulda toplanacağını açıqlayıb.

 

FaktXəbər-in məlumatına görə, Ərdoğan açıqlamasında daha sonra belə deyib:

"İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi, bu məsələnin sonuna qədər izləyəcəyik. Əgər belə bir addım atılacaqsa, dərhal, beş-on gün içərisində İslam Əməkdaşlıq Təşkilatı Liderlər Sammitini İstanbulda toplayacağıq. Bundan əlavə, sözügedən məsələ bizim İsraillə diplomatik əlaqələrimizi kəsməyə qədər gedə bilər".

R. T. Ərdoğan bəyan edib ki, Rza Zərrab məsələsinə Türkiyə məhkəmələri baxıb və qərarını verib: “Məsələnin görünən tərəfinə gəlincə, İranla, yaxud başqa bir ölkə ilə ticarət quracağımıza biz qərar veririk. Türkiyə BMT qərarlarına riayət edib. Türkiyə-İran sərhədi ABŞ yaradılmamışdan əvvəl, 1636-cı ildə müəyyənləşib. Tarixən İranla bir çox məsələlərdə anlaşmışıq, yaxud anlaşmadığımız məsələlər olub. Ancaq İranla tarixi-mədəni əlaqələrimiz var. İranla ticarətin əsasını təbii qaz, neft ticarəti təşkil edir. ABŞ bizdən xahiş edəndə İrandan neft idxalını müəyyən səviyyəyə qədər azaltdıq. Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”.


Ərdoğan: Qüds müsəlman dünyasının "qırmızı xətt"idir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kafirlərin müsəlmanlar üzərində olan PLANI - Ayətullah Behcətin dilində...
    "Onlar ilk öncə dinimizi əlimizdən alır, daha sonra isə sərvətimizi talan edirlər."
     17.11.2018
    Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
    O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ