EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.09.2017 23:36:26

Türkiyə Prezidenti müsəlman ölkələrin liderlərinin Myanmada arakanlı müsəlmanlara çox zəif dəstək vermələrini tənqid edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin arakanlı müsəlmanlara yardım və dəstəklərinin davam edəcəyini bildirərək, başda ərəb dövlətləri olmaqla müsəlman ölkələrin liderlərinin bu məsələdə çox cılız qalan dəstəklərini tənqid edib.

Prezident Ərdoğan Beynəlxalq Ombudsmanlıq Görüşündə Myanmada Arakan müsəlmanlarına qarşı hücumlarla bağlı açıqlama verib.

Narahat ola bilərlər, dünyaya "İslami terror",- deyə danışanlar, "Xristiyan terroru", "Yəhudi terroru", "Buddist terroru" deyirlər? Buddistləri xoşməramlı səfiri kimi göstərirlər. Myanmada Buddist terroru var. Ərdoğanın üstünə düşəcəklər, qoy düşsünlər. Yoqa ilə moqa ilə bu işi yola verə bilməzsiniz, ortada bir faciə var.

Rohingya müsəlmanları ilə bağlı tələbimiz qəbul edilib, bir sessiyanı BMT-də həyata keçirtdik. Əhəmiyyətli olan, o sessiyaya 1 prezident gəldi, İran. Baş nazir olaraq Pakistan və Banqladeş nazirləri gəldi. Bir də İndoneziyanın vitse-prezidenti gəldi. Arakana belə sahib çıxılır? Kimsənin səsi çıxmır. Sadəcə pisləməyimizi ən şiddətli şəkildə etdik. Başqa nə etdik? Sanksiya yoxdur. Burada çox açıq bir soyqırım var.

Myanmada müsəlmanlara qarşı davam etdirilən şiddətdə 25 avqust tarixindən indiyə qədər 6 mindən artıq müsəlman həyatını itirib, 8 mindən çox müsəlman da yaralanıb.


Ərdoğan müsəlman ölkələrin liderlərini tənqid etdi: 1 prezident gəldi, İran...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ