1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:16.07.2017 15:26:09

Türkiyə Prezidenti çevrilişə cəhdin ildönümü günü çıxış edib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş çevrilişə cəhdin ildönümü günü Ankara şəhərində keçirilmiş mitinq zamanı bildirib ki, ölkəsinin çoxlu düşmənləri var və onlar Türkiyənin məhv olmasını gözləyirlər.

“Çox sayda düşmən Türkiyənin yox olacağı günü gözləyir. Əgər mən onların adını çəkməyə başlasam, bu çox böyük və dünya miqyaslı böhrana səbəb olacaq.”, - deyə Ərdoğan bildirib.

O xatırladıb ki, Fətullah Gülən ABŞ-da yaşayır və Pensilvaniya ştatında böyük torpaq sahəsinə sahibdir.

Ərdoğan əlavə edib ki, 2016-cı ilin iyul ayının 16-sı üsyan yatırılan zamanı ümumxalq qələbəsi əldə olundu: “Həmin gün cəmi 20 saatın içərisində satqınların 40 il ərzində ağlında tutduğu planları alt-üst oldu.”

Xatırladaq ki, 2016-cı ilin iyul ayının 16-sı bir qrup üsyançı Türkiyədə çevrilişə cəhd etdilər. Əsas hadisələr Ankara və İstanbul şəhərində baş verdi. Üsyançıların dağıdıcı fəaliyyəti nəticəsində 240-dan çox dinc insan həyatını itirdi, 2 mindən çox insan isə yaralandı. Qısa müddət ərzində üsyan yatırıldı.

Türkiyə hökuməti çevrilişə cəhdin arxasında Fətullah Gülənin olduğunu bildirdi.


Ərdoğan: Mən bunun etsəm, dünya miqyaslı böhran baş verər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakkaridə PKK-nın 37 mağarası ələ keçirildi - FOTOLAR
    TSQ əməliyyat çərçivəsində bu gün çox sayda silah, sursat və vəsait ələ keçərildiyini bildirib.
     19.09.2017
    Misir XİN-dən Qətər açıqlaması
    Misir xarici işlər naziri "13 maddəlik tələb siyahısını yerinə yetirdiyi təqdirdə Qətərlə dialoqa hazırıq",- deyib.
     19.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ