1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.11.2017 20:27:19

Türkiyə Prezidenti ABŞ haqda danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı İŞİD terror təşkilatına maliyyə dəstəyi verməkdə ittiham edib. O, həmçinin onlarla terrorçunun Raqqadan çıxarılması məsələsində ABŞ-ın əlinin olmamasından şübhələndiyini də deyib.

ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-lə mübarizə aparırlar. Həqiqətdə isə nə baş verdi? İŞİD-ə çoxlu pul verdilər.”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyədə ABŞ qoşunlarının Suriyada nə iş görməsinə dair sual yaranıb. O xatırladıb ki, ABŞ-ın özü Suriyadan 12 min kilometr uzaqlıqda yerləşir, lakin burada onların 11 bazası var.

Belə faktlar ola-ola, bu işdə əlinin olmadığını, sadəcə hər şeyi izlədiyini deyən ABŞ-ın sözləri nə qədər inandırıcıdır?”, - deyə türkiyəli lider qeyd edib.

O bəyan edib ki, rəsmi Ankara rəsmi Vaşinqtonun oynadığı ssenarini çox gözəl görür. Onun fikrincə, bu, müttəfiqlik münasibətləri ilə uyğun deyil.

Əgər biz NATO üzvüyüksə, bu o demək deyil ki, onların xətaları barədə danışa bilmərik.”, - deyə o əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, rəsmi Ankara Afrin məsələsində rəsmi Vaşinqtonla əməkdaşlıq etmək istəmir, çünki ABŞ “həmişə” əldə edilmiş razılıqları pozur.

Ərdoğan həmçinin onlarla İŞİD terrorçusunun Raqqadan çıxarılmasında ABŞ-ın əlinin olmamasında da şübhələnməyə başlayıb.

O xatırladıb ki, Türkiyə ABŞ-ı Raqqa və Mənbicdə birgə əməliyyat keçirməyə səsləmişdi. “Lakin biz onları razı sala bilmədik. ABŞ bunun əvəzinə bir terror qruplaşmasının köməyi ilə başqa terror qruplaşması ilə mübarizə aparmaq qərarına gəldi.”, - deyə Ərdoğan qeyd edib.

 

Xatırladaq ki, BBC çərşənbə axşamı günü xəbər verib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstək verdiyi və ərəb və kürd dəstələrindən ibarət “Suriya Demokratik Qüvvələri” (SDQ) 250-yə yaxın İŞİD terrorçusunun Raqqadan çıxmasına yardım edib.

Suriya hökuməti bəyan edib ki, koalisiya bu əməli Deyr-əz-Zorda da edib: oradakı terrorçuları təxliyyə etməyə kömək edib. BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədri məsələ ilə bağlı məlumatlandırılıblar.

Öz növbəsində, Pentaqon da təqribən 300 İŞİD terrorçusunun Raqqadan çıxdığını təsdiq edib. Qeyd edilir ki, bu SDQ və şəhər şurası arasında əldə edilmiş razılıq çərçivəsində baş verib, lakin koalisiyanın bu işdə tərəf kimi iştirakı təkzib edilib.

 

 

Rəsmi Moskva ilə danışıqlardakı irəliləyiş

 

Ərdoğan həmçinin İdlibdəki deeskalasiya zonası haqda Rusiya və İranla aparılan danışıqlarda irəliləyişlərin əldə edilməsi haqda danışıb. Onun sözlərinə görə, bu 3 ölkənin mövqeləri olduqca yaxınlaşıb.

İdlibdəki əməliyyat planlaşdırıldığı kimi davam etməkdədir. Biz istəyirik ki, deeskalasiya zonasındakı sülh daimi olsun.”, - deyə o qeyd edib.

 

 

 

İttihamlar əsassız deyil

 

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru, tarix elmləri doktoru Aleksandr Vavilov hesab edir ki, rəsmi Ankaranın rəsmi Vaşinqtonun ünvanına səsləndirdiyi ittihamların əsasları var.

Bu faktları, o cümlədən də, Rusiya nümayəndələri də dəfələrlə səsləndiriblər, Türkiyənin də belə faktları var. Hazırda bu bəyanatlarla çıxış edən Ərdoğan hər şeydən öncə formalaşmış Rusiya-Türkiyə-İran anti-terror koalisiyasındakı öz mövqelərini bərkitməyə çalışır.”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Türkiyə çətin vəziyyətdədir: bir tərəfdən o, NATO və Qərbə düyünlənib, digər tərəfdən isə Rusiya ilə əlaqələrini genişləndirir.

Hazırda Türkiyə 2 qütb arasında balans axtarır.”, - deyə ekspert sonda bildirib.

 

 

Rusiya Müdafiə Nazirliyinin ittihamları

 

Əl-Bukəmal şəhəri azad edildikdən sonra çərşənbə axşamı günü Rusiya Müdafiə Nazirliyi (MN) ABŞ-ın başçılıq etdiyi koalisiyanı İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib. Qeyd edilib ki, “müttəfiqlər” terrorçulara zərbə endirməkdən imtina etməklə yanaşı, həmin ərazidə fəaliyyət göstərən Rusiya Hava-Kosmik Qüvvələrinə də (HKQ) mane olublar.

Rusiya hərbçilərinin fikrinə əsasən, bu cür hərəkətlər rəsmi Vaşinqtonun Fərat çayının şərqində rəsmi Dəməşqə tabe olmayan ABŞ-meylli hakimiyyət orqanları yaratmağa dair istəklərinin olması haqda danışır. Lakin MN-dən qeyd ediblər ki, Suriya ordusunun irəliləməsi bu planları puç etdi.

Nazirlikdən həmçinin bildiriblər ki, ABŞ koalisiyasına Fərat çayının şərq sahilində birgə əməliyyat keçirməyi 2 dəfə təklif ediblər. Amma Pentaqon Rusiya tərəfinin bu təklifini rədd edərək, bunu koalisiyanın 3-cü tərəflərlə əməliyyat keçirməməsi ilə izah edib.

 

 

Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi

 

Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində rəsmi Vaşinqtonun Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında əldə edilmiş razılıqlara sadiq qalacağına ümid etdiyini ifadə edib.

Kütləvi informasiya vasitələrində (KİV) bizim beynəlxalq terrorçuluqla mübarizə sahəsindəki amerikalı həmkarlarımızın əslində ekstremistləri, xüsusən də İŞİD-çiləri, qorumasına dair tez-tez faktlar üzə çıxır.”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu cür davranış tərzini “dürüst oyun” adlandırmaq olmaz.


Ərdoğan da ABŞ-ı ittiham etdi: İŞİD-ə çoxlu dollarlar verdiniz! - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ