EURO 1,9474 NEFT 76,31
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.08.2018 20:49:04

Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1960-cı il təvəllüdlü Tahir Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin cinayət işini araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarıb və Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar verib.

Xatırladaq ki, dövlət ittihamçısı Sabir Abdinov çıxışında T.Əhmədovun qardaşı Cabir Əhmədovun sağlamlığına qəsdən ağır xəsarət yetirməsimin məhkəmə istintaqında sübuta yetirildiyini qeyd edib. Prokuror bu əməlinə görə T.Əhmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin işi araşdıran Şabran Rayon Polis Şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əliyev barəsində yol verdiyi ciddi nöqsanlara görə xüsusi qərardad çıxarılmasını və Daxili İşlər Nazirliyinə göndərilməsini tələb edib.

İttiham aktına əsasən, hadisə 2015-ci ildə Şabranda baş verib. T.Əhmədov aralarında yaranmış mübahisə zəminində qardaşı Cabir Əhmədovu şişlə vurub. Onun barəsində cinayət işi başlanılıb, lakin T.Əhmədov həbs edilməyib.

Cinayət işi məhkəməyə göndərilsə də, ev dustaqlığında olan T.Əhmədov məhkəməyə gəlməyib. Bundan sonra onun barəsində axtarış elan edilib və həbs olunub.


Rayon Polis Şöbəsinin baş müstəntiqi azadlıqdan məhrum edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AST Telman Putinə 12 səhifəlik məktub yazdı
    Müflis olan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
     23.10.2018
    Çin dünyanın ən uzun dəniz körpüsünü istifadəyə verdi
    Dünyanın ən uzun dəniz körpüsü istifadəyə verildi.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ