1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:06.07.2017 09:12:00

"Zəhranın şəkillərini gördükcə özümə gələ bilmirəm. Oyunda qol vursam, bunu Zəhraya həsr edəcəyəm."

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra Elnur qızı şəhid olub.

Yenicag.az-a açıqlama verən millimizin və Bakı “İnter”inin futbolçusu Rauf Əliyev üzücü hadisəyə öz münasibətini bildirib. Əslən Füzuli rayonundan olan futbolçu sabah Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Mladost” klubuna qol vuracağı təqdirdə, bunu Zəhraya həsr edəcəyini deyib:

“Çox üzücüdür. Əvvəlcə bu barədə mətbuatdan xəbər tutdum. Daha sonra rayondakılarla əlaqə saxladım. Bizim orada qohumlarımız yaşayır. Həqiqətən də çox pis oldum. 2 yaşlı körpənin və nənəsinin qətlə yetirilməsinə söz tapmaq çətindir. Zəhranın şəkillərini gördükcə özümə gələ bilmirəm. Oyunda qol vursam, bunu Zəhraya həsr edəcəyəm. Komanda daxilində də bu barədə danışırıq. Bu, mənim qəlbimdən keçən hissdir. Sabah meydana Zəhra üçün çıxacağıq”.

Qeyd edək ki, “İnter” səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edib. Adrian Skarlatakenin dubla etdiyi qarşılaşmada Rauf Əliyev də fərqlənmişdi.

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev də saytımıza açıqlamasında Zəhra və nənəsinin qətlə yetirilməsindən sarsıldığını bildirib:

“Bu, bəyənilməyən hadisədir. Milliyyətindən asılı olmayaraq, uşaqların ölümünə qarşıyıq. Cəbhə bölgəsində hər an təhlükə ilə üzləşən insanlar var. Ancaq onlar üçün torpaq sevgisi daha üstündür. Xəbəri tezdən oxudum. Çox pis oldum, sarsıldım. Zəhra bütün Azərbaycanın balasıdır. İnşallah, bundan sonra belə bir üzücü hadisə ilə qarşılaşmarıq”.


Rauf Əliyev: Meydana Zəhra üçün çıxacağıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət alıb
    Məlumata görə zərərçəkənlər hərbiçi olan yaxın qohumlarının yanından gəlirlərmiş.
     24.09.2017
    Hacıqabulda yol qəzası: Yaralananlar var
    Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ