EURO 1,9906 NEFT 75,37
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:02.12.2017 12:30:26

“Potensialımın böyük olduğunu görürdüm. Bunu reallığa çevirmək üçün çox çalışmalıydım”.

İslamazeri.com Apasport.az-a istinadən məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı dünya çempionu qonşu ölkə mətbuatına geniş müsahibə verib. O yenidən vurğulayıb ki, Azərbaycanda qalsaydı, potensialını aça bilməyəcəkdi:

“Hazırlıq keçmək üçün yerlər lazımdı. Həmin vaxtlar Azərbaycanda bu çox çətin idi. Çünki toplanış üçün yer tapılmırdı. Ölkə xaricinə də göndərmirdilər. Çox ağır bir durum yaranmışdı. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, uğur üçün ölkəmi dəyişmək gözəl olar. İlk olaraq da, Türkiyə ağlıma gəldi. Çünki bizlə eyni ölkədir. Türkiyə olmasaydı, başqa yığmanı da düşünə bilərdim. Açığı, təkliflər də vardı. Onları istəsəydim, dərhal düzələcəkdi. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım”.

Quliyev etiraf edib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra ona kəsilən 3 illik cəza çox ağır keçib. O, “ay-ulduzlu” formada növbəti hədəfini də açıqlayıb:

“Dünya çempionatına 3-cü dəfə qatılırdım. Finala vəsiqə qazanırdım, amma mükafat ala bilmirdim. Londonda şansım olduğunu hiss etdim. Bu yolda 10 il idi ki, çalışırdıq və yekunda bəhrəsini gördük. Hazırda ən böyük hədəfim 200 metr məsafədə Avropa rekordu vurmaqdı. Bunun ardından dünya rekordu müəyyənləşdirib, Olimpiya medalına qovuşmaq istəyirəm. Hazırlığımı da bu istiqamətdə qurmuşam”.

Quliyevin sözlərinə görə, öz sözünü demiş Useyn Boltun karyerasını başa vurması, 200 m məsafəyə qaçışda hansısa boşluq yaratmayıb:

“Bəli, çox güclü atlet idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq istəyində olur ki, bu da çox maraqlıdır”.

Həmyerlimiz 2018-ci ildə Avropa çempionatı və Akdeniz Oyunlarına Bələk Turizm Mərkəzində hazırlaşır. O, müsahibəsində Londonda dünya çempionu olduğu zaman Azərbaycandan aldığı təbrikləri də xatırlayıb:

“Azərbaycanlılar da çox sevindilər. Oradan çox təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim”.


Ramil Quliyev: Azərbaycandan bunu gözləmirdim

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yol polisi onun hərəkətlərini videoya çəkən sürücüləri hədələyir
    "Yol polislərimiz çəkilişin qadağan edilməsi haqqında "öz" qanunlarını uydursalar da, onlar işləməyəcək, belə ki, Konstitusiyaya ziddir, ekspert belə hesab edir."
     28.05.2018
    Ayətullah Behcətin kasıblara nəsihəti
    Böyük arif Ayətullah Behcətin kasıb təbəqəyə nəsihəti
     28.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ