EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:02.11.2017 14:41:11

AFFA əməkdaşlıqda maraqlı olsa da, Robert Prosineçki peşəkar davrandı.

 Ölkəmizdəki missiyasının uğursuz başa çatdığını görən, dərk edən Robert Prosineçki başa çatan müqaviləsinin müddətini artırmadı və özü ilə gətirdiyi köməkçilərini də götürüb vətəninə qayıtdı.

İslamazeri.com offside.com.az-a istinadən xəbər verir ki, Prosineçkinin gedişindən sonra AFFA legioner məşqçi axtarışına çıxsa da, məsələ bir anda dəyişdi və bütün işıqlar yerli məşqçiyə - konkret olaraq Qurban Qurbanova tuşlandı. Bu isə səbəbsiz deyil. Çünki 8 il ərzində “Qarabağ”da ciddi uğurlara imza atan Qurban Qurbanov kulminasiya nöqtəsinə bu il çatdı və komandasını Çempionlar Liqasına çıxardı. Bu uğurun müzakirəsi artıq futbol sektorunu aşdı və ölkə səviyyəsində müzakirə olundu.

Qurban Qurbanovun milli komandaya gətirilməsi elə futbol federasiyası deyil, ölkə səviyyəsində həll olunan məsələdir. Elə Qurban Qurbanovun və klubun prezidenti Tahir Gözəlin son açıqlamaları bu işin rəsmiyyətə doğru getdiyinin göstəricisidir. Bizdə olan bilgiyə görə, Qurban Qurbanov ilk vaxtlar Tahir Gözəlin istədiyi kimi, həm millidə, həm də klubda çalışacaq. Hadisələrin daha sonra necə inkişaf edəcəyini isə zaman göstərəcək.

Bu məsələnin sabah Olimpiya Stadionunda hələ ki vaxtı dəqiqləşməyən, amma böyük ehtimalla, nahardan sonra baş tutacaq iclasda rəsmiləşəcəyi gözlənilir.


Qurban Qurbanov milli komandaya gətirilir - İDDİA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ