EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:02.08.2017 17:00:59

Müqəddəs kitabımız Qurani-Kərimdə bəzi qida maddələri ilə yanaşı bəzi meyvələrin adları qeyd edilir.

İslamazeri.com Deyerler.org-a istinadən xəbər verir ki, Qurani-Kərimdə bir çox meyvənin adı qeyd olunub. Bu yazıda müqəddəs kitabda adları çəkil bəzi meyvələr və faydaları haqqında məlumat əldə edəcəksiniz.

Xurma palmakimilər sinfinə aid dekorativ yarpaqlı bir palma bitkisidir.

Faydaları: Yaddaşa müsbət təsir edir. Bundan başqa xərçəng önləyici, antioksidantla zəngin və ürək dərmanıdır.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

 

Əncir, tərkibində bol miqdardakı liflərlə bədənə daxil olan xolesterinin qana qarışmadan atılmasını təmin edir. Həzmi asanlaşdıran əncirin bədəni bakteriyalara qarşı qoruyan təsirləri də mövcuddur.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

 

Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda kalsium itkisinin qarşısını alır.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

Üzüm bol miqdarda enerji təmin edir, zülal baxımından zəngindir və bol miqdarda lifə malikdir.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

Narın tərkibinə bol miqdarda C vitamini, polyfenol, dəmir, kalium daxildir və immunitet sistemini qüvvətləndirir. Həmçinin xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olur, ürək sağlamlığının qorunmasına da müsbət təsir edir.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

Albalı xolestrolu aşağı salmağa kömək edir, həmçinin qanda şəkəri tarazlaşdırır. Revmatizm, “Gut” xəstəliyi, damar sərtliyi kimi xəstəliklərin, bədəndəki ürik turşu və ürat duzlarının atılması ilə inkişafının qarşısını alır. Həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. Böyrəkləri qoruyur və daşların azaldılmasına yardımçı olur.

 

Qurani Kərimdə adı keçən meyvələr və faydaları

Banan yeməyimiz üçün bir çox səbəb saymaq olar: böyrəklərə müsbət təsir edir, bağırsaqlara faydalıdır, xərçənglə mübarizədə metobolizmaya kömək edir, həzmə kömək edir, mədə xəstəliklərinə faydalıdır, dəri sağlamlığına ciddi mənada kömək edir. Bununla yanaşı daşıdığı zəngin vitamin və elementlərlə bir çox xəstəliyə qarşı bədəni gücləndirir.

 


Qurani Kərimdə adı keçən meyvələr və faydaları

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ