EURO 1,849 NEFT 55,99
USD 1,7475 RUB 0,0303
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.01.2017 14:45:42

Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb.

Qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb.

E.Zeynalov qarşısına çıxan pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.

Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir.

E.Zeynalov həyətindən bundan əvvəl də saxsı materialların aşkarladığını bildirib. Quba sakini tapdığı qədim sikkələri muzeyə təqdim edəcək. (Azərtac)


Quba sakini həyətindən XVIII əsrə aid gümüş sikkələr tapıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sankt-Peterburq şəhərinin ruhanisi və möminləri Şeyx Sərdarın həbsini pisləyib
    Rusiyanın Sankt-Peterburq şəhərinin ruhanisi hacı Rüfət Məmmədov və bu şəhərin möminləri Azərbaycan Ruhanilər Məclisinin üzvü Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.
     25.02.2017
    Yəmən İordaniya qırıcısını vurdu
    Səudiyyə rejim Yəmən müharibəsi üçün 10 milyard dollar istəyir...
     25.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ