1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.11.2017 09:01:52

Rusiyada terrorlar törətmək istəyən şəxsə hökm oxunub.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Novosibirsk şəhərinin 21 yaşlı sakini Yevgeniy Ryapolov yaxın 4 ilini həbsxanada keçirəcək. Ona qarşı cinayət işinin qaldırılmasının səbəbi onun partlayışlar törətmək istəməsi və partlayıcı və döyüş sursatı saxlaması olub.

Ryapolovun mənzilində avtomat patronu, 7 elektrik detonatoru, təxminən 200 qram heksogen, həmçinin içərisi ammiak selitrası ilə dolu butılka aşkar edilib.

Maraqlıdır ki, Ryapolov, hələ 2016-cı ildə milli və ideoloji zəmində 2 nəfəri döydükdən sonra hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınıb.

Həmin zamandan etibarən o, izlənilməyə başlanılıb. Hər şeydən əlavə, onun telefonu da dinlənilirdi. O, danışıqlarının birində öz tanışı ilə Federal Təhlükəsizlik Xidməti idarəsini və məscidi partlatmağın mümkünlüyünü müzakirə edib.


Qonşu ölkədə məscid partlatmaq istəyən şəxsə hökm oxundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ