EURO 1,8744 TRY 0,2954
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:19.06.2019 12:01:35

Qərbi Asiya üzrə ən iri dərman şəhərciyi dünən İranın Əlborz vilayətində açılıb və bu şəhərcikdə doqquz yeni dərman növü təqdim olunub

Qərbi Asiya üzrə ən iri dərman şəhərciyi dünən İranın Əlborz vilayətində açılıb və bu şəhərcikdə doqquz yeni dərman növü təqdim olunub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə naziri Səid Nəməki bu dərman şəhərciyinin açılış mərasimində bildirib ki, İranın dərman ehtiyacının 97 faizi ölkə daxilində istehsal olunur.

"Bir milyard üç milyon dollar dəyərində olan xarici dərmanlar İran bazarı payından üç faizini özünə aid edib. Halbuki daxili dərmanlar daxili bazarın 97 faizini təmin edərək, ölkə üçün 550 milyon dollar dəyərində maliyyə yükünə malikdir.", -deyə iranlı nazir əlavə edib.

Qərbi Asiya üzrə ən iri dərman şəhərciyinin açılış mərasimində depressiyanın müalicəsi üçün istifadə olunan "Sertraline hydrochloride", kişilərdə sonsuzluğun müalicəsi üçün nəzərdə tutulan "hydrochloride Dapoxetine", qan laxtalanmasının qarşısını almaq üçün işlədilən "Tikral" və ya "Tikagrelor" ticarət adlı "oral antiplatelet" və ibtidai dəri infeksiyalarının müalicəsi üçün istifadə edilən "Fozitan" və ya "Fusidate Sodium"un təqdimatı olub.

Həmçinin bu mərasimdə artritin müalicəsi üçün nəzərdə tutulan "Osteoarthritis" dərmanının və Vitiliqo xəstəliyinin müalicəsi üçün işlədilən eyniadlı dərmanın, habelə "Rikalersel" və "Rinodermsel" adlarında iki hüceyrə məmulatının təqdimatı olub.

Süd vəzilərinin geniş yayılmış xərçənginin müalicəsi üzrə "Vinorelbine" dərmanı və infarkt keçirmiş xəstələr üçün "Edaravone" dərmanı da bu mərasimdə təqdim edilib.


Qonşu ölkədə böyük dərman zavodu açıldı: Xərçəng, sonsuzluq əleyhinə dərmanlar təqdim olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Konqresdə tarixi gün; Trampa qarşı İmpiçment dinləmələri
    ABŞ prezidenti Donald Tramp Amerikanın müasir tarixində ictimai impiçment dinləmələri ilə qarşılaşan üçüncü prezidentdir.
     15.11.2019
    Almaniya 61 azərbaycanlını Azərbaycana deportasiya etdi
    Qurum bildirir ki, ölkəyə geri qaytarılmış şəxslərdən "22-si kişi, 18-i qadın, 21-i uşaqlardır".
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ