1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.04.2020 13:00:46

Ölkədə yeni tip korona virusuyla (Covid-19) əlaqadar tətbiq edilən məhdudiyyətlər tədricən aradan qaldırılır

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, İranda təxminən bir aydan sonra bir sıra müəssisə və qurum yenidən açılıb. Ölkədə yeni tip korona virusuyla (Covid-19) əlaqadar tətbiq edilən məhdudiyyətlər tədricən aradan qaldırılır.

  Prezident Həsən Ruhaninin sağlıq qaydalarına riayət etməklə müəssisələrin fəaliyyətlərini bərpaetmə göstərişi və  Ağıllı Sosial Məsafələr Planına əsasən, aprelin 11-dən əyalətlərdə az riskli qurum və müəssisələr fəaliyyətə başlayıb. Paytaxt Tehranda isə iş yerləri aprelin 18-dən açılacaq.

  İran Ticarət Palatası bir neçə gün əvvəl az və çox riskli iş yerlərinin adlarını açıqlayıb. Qərara əsasən, ticarət mərkəzləri, qapalı bazarlar, restoranlar, kafe, üzgüçülük hovuzları, saunalar və gözəllik salonları kimi müəssisələr yüksək risk qrupuna aid edilib və açılmasına hələ icazə verilməyib.

  Qeyd edək ki, fevralın 19-da İranda “Covid-19”a ilk yoluxma halı aşkarlandıqdan sonra insanların səyahətini məhdudlaşdırmaq üçün böyük şəhərlərin girişlərində nəzarət məntəqələri yaradılmışdı. Martın 25-dən isə qadağa genişlənmiş və əyalətlərdən gediş-gəliş yasaqlanmışdı. Bütün dünyada olduğu kimi, ibtidai və orta məktəblər, sonradan universitetlərdə təhsilə iki həftə fasilə verilmiş, bazarlar, çörək mağazaları və apteklərdən başqa, ticarət obyektləri aprelin 8-dək bağlanmışdı. Ölkədəki karantin müddətinin əyalətlərdə aprelin 11-i, paytaxtda isə 18-inə qədər uzadıldığı elan edilmişdi.

  Xatırladaq ki, İran dövlət qurumlarında çalışan məmurların iş saatı 07.00-14.00 arasıdır.


Qonşu ölkə koronavirusla bağlı məhdudiyyətləri azaltmağa başladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ