1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.08.2019 16:05:41

ırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 26-na kimi həbs olunub.

İslamazeri.com bbc-yə istinadən xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 26-na kimi həbs olunub.

Onun vəkili Sergey Slesarov 24.kq xəbər agentliyinə bildirib ki, saxlanma ilə bağlı heç kim hər hansı sənəd təqdim etməyib: "Söz verdilər ki, bu gün təqdim edəcəklər. Müştərimə yalnız bildiriş verdilər və dərhal profilaktik tədbir görüldü". Almazbek Atambayevə "korrupsiya" maddəsi ilə ilkin ittiham irəli sürülüb. 

Qırğızıstan prezidentinin keçmiş aparat rəhbəri Fərid Niyazov da saxlanıb. Qeyd edilir ki,  Almazbek Atambayev Milli Təhlükəsizlik Komitəsinin İstintaq təcridxanasına yerləşdirilib.

Bişkek Polis İdarəsi cümə axşamı günü baş verən iğtişaş zamanı Almazbek Atambayevin 40 tərəfdarının tutulduğunu bildirib.

Polisin bildirdiyinə görə, cümə gününə keçən gecə baş verən iğtişaşda təxminən 1500 adam iştirak edib.

Səhər Rusiyanın Qırğızıstandakı səfirliyi tvit atıb ki, Bişkekdə sakitçilikdir.

"Keçmiş prezident tərəfdarlarının Bişkekdəki vəziyyəti gərginləşdirmək cəhdləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırıldı. Avqustun 9-da səhər saatlarında paytaxtda vəziyyət sakitdir", səfirlik Twitter hesabında yazıb.

Agentliklərdə Ala-Too meydanında polis əməkdaşlarının otluqda uzanıb dincəldiyini, qapıçının zibilləri süpürdüyünü göstərən fotoşəkillər yayılıb.

 Avqustun 7-də xüsusi təyinatlılar sabiq prezidenti saxlamaq istəsələr də, onun tərəfdarları buna imkan verməyib və onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Növbəti gün eks-prezidentin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma yenidən başlayıb. Xəsarət alanların sayı 98-ə çatıb. Bir təhlükəsizlik əməkdaşı həlak olub. Uzun danışıqlardan sonra Atambayev təhlükəsizlik qüvvələrinə təslim olub.

Elə həmin gün axşam Rusiyanın baş naziri Dmitri Medvedev Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çölpan-Ata kurortuna gəlib. Medvedev jurnalistlərə bildirib ki, Atambayevin saxlanması ilə bağlı vəziyyəti ölkə rəhbərliyi ilə müzakirə edəcək.

"Bu, əlbəttə ki, Qırğızıstanın daxili işidir. Ancaq biz, əlbəttə, baş verənlərə laqeyd qala bilmərik", o deyib.

İyulun sonunda parlament Atambayevin toxunulmazlığını ləğv etdikdən sonra o, Moskvaya uçmuş və Rusiya prezidenti Vladimir Putin ilə görüşmüşdü.

Almazbek Atambayev kimdir?


Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbs edilərək MTN təcridxanasına göndərildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ