EURO 1,9876 NEFT 78,69
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.09.2018 11:38:55

“Biz, əcdadlarımızın irsi olan ənənəvi dinin dalınca getməliyik.”

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Qırğızıstan prezidenti Soronbay Jeenbekov mütəmadi olaraq KİV-lərdə ölkədə məscidlərin məktəblərdən çox olması haqda yazılan fikirləri şərh edib.

Dövlət başçısı qeyd edib ki, həqiqətən də Qırğızıstanda məscidlərin sayı məktəblərin sayından çoxdur, ki, bu da yaxşı bir göstəricidir.

Nə qədər çox məscid olsa, vicdanlı və təmiz uşaqların sayı da bir o qədər çox olacaq. Nə qədər çox mədrəsə olsa, bir o qədər də çox vicdanlı və insaflı gənclər olacaq.”, - deyə qırğız lider qeyd edib.

Bununla belə, o əlavə edib ki, ekstremizm və terrorçuluğun yayılmasının qarşısını almaq üçün hər bir dini müəssisəyə dövlət nəzarəti olmalıdır.

Biz, əcdadlarımızın irsi olan ənənəvi dinin dalınca getməliyik.”, - deyə o bildirib.

Xatırladaq ki, araşdırmalara əsasən, hazırda Qırğızıstanda məktəb çatışmazlığı var. Ölkədə məktəb yaşında 1 milyon 175 min 780 uşaq var, lakin bütün məktəblərin tutumu cəmi 600 min uşaq üçündür.

Uşaqlar 3 və hətta 4 növbədə oxumaq məcburiyyətindədirlər. Siniflərdəki uşaq sayı isə 55-ə çatır.


Qırğızıstan prezidenti: Nə qədər çox məscid olsa, bir o qədər yaxşıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada kilsəni otel edəcəklər
    Fransada kilsə satışa çıxarıldı.
     18.09.2018
    Bu gün açılan Ələt-Astara yolu hələ ki, pulsuz olacaq
    Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı olub.
     18.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ