EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:19.09.2019 09:11:24

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri ilə görüşüb

"Qeyri-müsəlmanlar da Ərbəin yürüşündə iştirak edirlər", - İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri ilə görüşündə deyib.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri və iraqlı yürüş təşkilatçılarının qonaqpərvərliklərini yüksək qiymətləndirərək, bu yürüşü yeni islami sivilizasiyasnın təşkili, Hüseyn mərifətinin genişlənməsinə zəminyaradan, həmçinin misilsiz və beynəlxaql bir məsələ adlandırıb.

"İmam Hüseyn(ə) yalnız şiələrə aid deyil, həm də şiə və sünni daxil olmaqla bütün islami məzhəblərə və insanlığa aiddir.  Bu səbəbdən, qeyri-müsəlmanlar da Ərbəin yürüşündə iştirak edirlər. Əgər Qərbi Asiya və Şimail Afrikadakı müsəlman xalqların saysız-hesabsız imkanları bir-birinə peyvənd olar və əməldə özünü göstərərsə, o zaman böyük islami sivilizasiya və ilahi izzətin əsl mənası aşkar olacaq.", -deyə o qeyd edib.

Ayətullah Xamenei bildirib ki, İran və İraq xalqlarının ruhu və ürəyi bir-birinə bağlıdır:  "Düşmənlər iki xalq arasında təfriqə salmaq üçün böyük səy göstərdilər, amma Allah-Taalanın köməkliyi ilə eləyə bilmədilər və bundan sonra da eləyə bilməyəcəklər. İran və İraq xalqlarını bir-birinə bağlayan əsas amil Allah-Taalaya iman və Əhli-Beytə məhəbbət, İmam Hüseynə olan eşqdir.

İnqilab Rəhbəri İrana olan təhdidlərə də münasibət bildirərək "Bütün bu fitnələrə rəğmən, onların acığına İran İslam Respublikası zəif fidandan hazırda iri gövdəli bir ağaca çevrilibdir ki, onun bəhrə və meyvələri günbəgün genişlənməkdədir.", -deyə bildirib.


Qeyri müsəlmanların Ərbəin yürüşündə iştirak etmələrinin səbəbi budur - Ayətullah Xamenei

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ