1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:30.10.2017 18:11:40

Casim Doha rəhbərliyinin aralarında "Nusra"nın da olduğu Suriya silahlı müxaliflərini Səudiyyə Ərəbistanı, Türkiyə və Amerika Birləşmiş Ştatları ilə koordinasiya halında dəstəklədiyini deyib. Casim Suriyaya göndərilən silahların Türkiyə üzərindən getdiyini və paylanmanın ABŞ qüvvələri tərəfindən edildiyini qeyd edib.

Suriyada 6 ildir davam edən daxili müharibə ilə bağlı Qətərin keçmiş Baş naziri Həməd bin Casim mühüm açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, Qətər dövlət televiziyasında danışan keçmiş Baş nazir Casim Doha rəhbərliyinin aralarında "Nusra"nın da olduğu Suriya silahlı müxaliflərini Səudiyyə Ərəbistanı, Türkiyə və Amerika Birləşmiş Ştatları ilə koordinasiya halında dəstəklədiyini deyib. Casim Suriyaya göndərilən silahların Türkiyə üzərindən getdiyini və paylanmanın ABŞ qüvvələri tərəfindən edildiyini qeyd edib.

Dəstəkdə səhv ola biləcəyini deyən qətərli nazir, "Nusra Cəbhəsi"nə yardım getmiş ola bilər, amma İŞİD-ə yox" deyib. Keçmiş Baş nazir Casim, "Vəziyyət bu olsa belə" "Nusra" qəbul edilməz olaraq adlandırıldıqdan sonra yardımlar dayandırıldı." deyə danışıb.

Mühüm açıqlamalarını davam etdirən Casim, Səudiyyə Ərəbistanının Suriya siyasətini dəyişdiyini deyərək, ər-Riyadın Bəşər Əsədin vəzifədə qalmasını istədiyini iddia edib. Bin Casim, Qətərin Əsədlə bir problemi olmadığını deyərək "köhnə dost" sözünü işlədib.

Baş nazir Körfəz ölkələrinin "ov" (Suriya - red.) üçün dava etdiyini və ovun qaçmasına baxmayaraq mübarizənin hələ də davam etdiyini bildirib.

Suriyada hökumət tərəfdarları Casimin açıqlamalarının ardınca "ov" sözünə görə qınama yayımlayıb.


Qətərin sabiq baş nazirindən şok açıqlamalar: Suriyaya silahları Səudiyyə ilə birgə Türkiyə üzərindən göndərirdik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ