1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.06.2017 13:17:39

Qətərin eks baş naziri Həmd bin Casim bin Cabir Ali-Sani müsahibəsi zamanı maraqlı mövzulara toxunub

İslamazeri.com  “PBS” saytına istinadən xəbər verir ki, Qətərin eks baş naziri ABŞ-la birgə Suriyada səhvə yol verdiklərini etiraf edib.

ABŞ və Fars körfəzi ölkələrinin Suriyada yanlışlığa yol verdiklərini deyən Həmd bin Casim bin Cabir Ali-Sani bildirib: “Suriyada biz hamımız, hətta Amerika belə yanlışlığa yol verdi. Zaman keçdikcə anladıq ki, Suriyada dəstək verdiyimiz qrupların ağlında fərqli planlar mövcuddur. Onlarin Suriyada olmasını istəmədik və bir-bir aradan aparmaq qərarına gəldik. ABŞ-ın özü də yanlış qruplara dəstək verdi və bir müddətdən sonra onlar da öz dəstəklərini dayandırdılar. Terrorçuların Suriyada işləri qutaran kimi bizə tərəf gələcəklər. Bu tam təbii haldır. Biz özümüz də təhlükə altındayıq.”

İranla əlaqələrindən söz açan Həmd bin Casim  “Ərəb ölkələrinin bizimlə əlaqələrini kəsməsindən şok olduq. Ölkəmizin əmiri Riyadda təşkil olunan konfransa getmişdi və fikrimcə ABŞ prezidentiylə də müsbət görüş keçirmişdilər. Bu ölkələr bizi İranla xüsusi əlaqələrdə ittiham edirlər. İranla ticari əlaqələr baxımından Qətərin digər Fars körfəzlərinə olan nisbəti 1000 dəfə daha azdır. Hətta Suriya məsələsində də iki ölkə arasında fikir ayrılıqları mövcuddur. Bəli, bütün bunlara baxmayaraq biz yenə də İranla müsbət əlaqələr qurmağa çalışırıq. Çünki bu ölkə bizim qonşumuzdur.”, -deyə əlavə edib.


Qətərin sabiq baş naziri Suriyadakı yanlışlar, İran mövzusu və geri qayıdan terrorçulardan danışıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ