EURO 1,9794 NEFT 73
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/

Kateqoriya :

Yayınlanma tarixi:07.08.2017 11:16:23

Neymar Qətərin sahibi olduğu PSG-yə 263 milyon dollara transfer oldu. Bu pul əlavələrlə birlikdə 600 milyon dollar olacaq. Qətər Körfəz ölkələri tərəfindən ona tətbiq edilən embarqodan salamat çıxdığını bu transfer ilə sanki göstərmiş oldu.

Braziliyalı futbolçu Neymar Da Silva Santos Jr rekord transfer qiymətilə "Barselona"dan "Paris Sen-Jermen"ə (PSG) transfer oldu. Paris klubu 222 milyon avroluq rekord bonservis bədəlilə heyətinə qatdığı braziliyalı futbolçu Neymarı klubun sahibi Nasir əl-Xəlaifinin də iştirak etdiyi mərasimlə mətbuata tanıdıb. Bu hadisə Qətərin Neymar üzərindən dünyaya verdiyi mesaj kimi görülür.

Neymar Qətərin sahibi olduğu PSG-yə 263 milyon dollara transfer oldu. Bu pul əlavələrlə birlikdə 600 milyon dollar olacaq. "Qətər Körfəz ölkələri tərəfindən ona tətbiq edilən embarqodan salamat çıxdığını bu transfer ilə sanki göstərmiş olub".

İslamazeri.com xəbər verir ki, "Al Arabiya" Qətərin "Neymar transferi"ni siyasiləşdirməyə çalışdığını iddia edib. Dubay mərkəzli qəzet "Dünya mediası Qətərin Neymar transferini siyasiləşdirmə səyinə işarə edir" başlığı ilə verdiyi xəbərdə Qətərin "siyasi" məqsədlərlə idmanda da böyük pullar xərcləmə də daxil, o cümlədən hər cür yola müraciət etdiyinin beynəlxalq media tərəfindən dərk edilməyə başlandığını yazıb.

"Durham Universiteti"ndə Yaxın Şərq siyasəti dərslərini tədris edən Kristofer Davidson Qətər üçün "Burada bir məsələyə diqqət çəkməyə çalışırlar",- deyib. "Çox pul kimi görünür, ancaq Dünya Çempionatından gələcək qazancın yüz milyardlarla dollar olduğu düşünülsə, Neymar Qətər tərəfindən möhkəm bir sərmayə olaraq görüləcək. Həmçinin mövcud fondlara malik olduqlarını sübut edir və hələ də ciddiyə alınması üçün bir az likviditliyə sahibdirlər",- deyib.

Yaxın Şərq mütəxəssisi Davidson, "Bu imza Qətərin hələ də ayaqda dura bildiyini, beynəlxalq əhaliyə təsir edə biləcəyini və hələ də beynəlxalq futbolda ciddi bir aktyor olduğunu göstərir",- deyə qeyd edib.

Qətərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin ittihamlarından xilas olmaq üçün belə bir beynəlxalq əməliyyat həyata keçirdiyi də şayiələr arasındadır.


Qətər dünyaya Neymar vasitəsilə MESAJ verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səttar xan kimdir?
     19.07.2018
    Zərif: Avropa əməli addım atmalıdır
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "euronews"a verdiyi müsahibəsində indi artıq Avropanın əməli addım atma zamanı gəldiyini vurğulayıb.
     18.07.2018
    Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib
    "Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb."
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ