EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:18.05.2017 17:24:31

Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən İslamazeri.com daxil olmuş məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası ilə Qətər Əmirliyi arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığı, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyəti vurğulanıb. Qətər Əmirliyi nümayəndə heyətinin Azərbaycana səfəri də məhz dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi barədə verdikləri tapşırıqların icrası ilə bağlıdır.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib.

Bildirilib ki, son 10 ildə ÜDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb.

Vurğulanıb ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir.

Qətər Əmirliyi nümayəndə heyətinin rəhbəri, “Barva Bank”ın sədri Seyx Mohamed Qətər iqtisadiyyatı barədə məlumat verib, qarşılıqlı investisiya qoyuluşu istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Qətər bankı Azərbaycan bazarı ilə maraqlanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI
    “Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.
     27.05.2017
    Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ