EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:31.03.2017 17:25:08

“Qərb ölkələrinin Suriyada Əsəd hakimiyyətini devirmək üçün attığı addımlar iflasa uğrayıb, və artıq ABŞ rəsmi Moskva da daxil olmaqla, digər əsas oyunçularla razılığa gəlməli olacaq. Bu cür bəyanatlar regiondakı vəziyyətin dəyişməsinin və ABŞ-ın “daha təkbaşına dövlətlər və hökumətlərin talelərini həll etmək qüdrətində olmadığını” anlamasının sübutudur.”

Suriya Prezidenti Bəşər Əsədin vəzifədən getməsi Suriya münaqişəsinin həll edilməsi danışıqlarında rəsmi Vaşinqton üçün daha prioritet deyil. Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bəyanatla çıxış edib. Oxşar fikri ABŞ-ın dövlət katibi Reks Tillerson da səsləndirib. O, Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş zamanı qeyd edib ki, Əsədin gələcək taleyi haqda qərarı Suriya xalqı verməlidir. Bu cür bəyanatlar Vaşinqtonun daha əvvəllər səsləndirdiyi mövqeləri ilə ziddiyət təşkil edir. Ağ Evin Suriya baxışlarındakı bu cür kəskin dəyişikliklər nə ilə bağlıdır?

Ətraflı İslamAzeri.com-un RT-yə istinadən verdiyi xəbərdə:

Əsədin vəzifəsindən kənarlaşdırıması daha bizim üçün prioritet deyil. Bizim prioritetimiz Suriya xalqının həyatını dəyişmək üçün həqiqətdə nə etməli olduğumuzu, kimlə işləməli olduğumuzu anlamaqdır.”, - deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli jurnalistlərə bildirib.

Biz, əvvəlki administrasiya kimi bütün fikri Əsədin üstündə cəmləşdirə bilmərik.”, - deyə o əlavə edib.

ABŞ-ın dövlət katibi Reks Tillerson da Türkiyə səfəri zamanı oxşar bəyanatla çıxış edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə çıxış etdiyi mətbuat-konfransı zamanı Reks deyib

Əsədin gedib-getməməsi qərarını Suriya xalqı verəcək.

ABŞ-ın yüksəkvəzifəli məmurlarının bu cür mövqeyi Rusiyanın təəccübünə səbəb olmaya bilməzdi: Suriya münaqişəsinin ən başlanğıcından bəri bir çoxları onun həll edilməsinin ən əsas şərtlərindən biri kimi, məhz Prezident Bəşər Əsədin vəzifədən getməsində görürdü.

Hətta Suriya münaqişəsinin həll edilməsi istiqamətində aparılmış Cenevrə sülh danışıqlarının əvvəlində, yəni 2016-cı ilin yanvar ayında da həm Qərb dövlətləri, həm də onların Yaxın Şərq müttəfiqləri Əsədin mümkün qədər tez prezidentlik kürsüsünü tərk etməli olduğunda həmfikir idilər.

Bəzi Qərb ölkələri hələ də bu ritorikanı qoruyub saxlayırlar. Belə ki, Fransa xarici işlər naziri Jan-Mark Eyro bu yaxınlarda Suriya problematikası mövzusunda etdiyi çıxışında Əsədin istefasını bir-başa Suriya əhalisinə humanitar yardımın edilməsi məsələsi ilə əlaqələndirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu nöqteyi-nəzəri belə şərh etmişdi:

BMT-yə üzv olan dövlətin qanuni prezidentinin getməsi tələbi, bu ölkə əhalisinə yardımın edilməsi şərti ilə uyğunlaşdırılması paradoksaldır. Belə təəssürat yaranır ki, bu bir növ şantajdır və rəsmi Paris artıq humanizm dəyərləri barədəki təsəvvürlərini tamamilə itirib.

 

Dövlət proqramında dönüş

Beynəlxalq Humanitar-Siyasi Araşdırmalar İnstitunun mütəxəssisi Vladimir Bruter hesab edir ki, ABŞ mövqeyindəki bu qədər kəskin dəyişiklik Ağ Evin Yaxın Şərqdə real siyasətə keçmək qərarı ilə bağlıdır.

Politoloq güman edir ki, ABŞ Suriya münaqişəsi üzrə mövqeyi əvvəldən dağıdıcı, daxilən ziddiyətli olub və çox sayda qurbanların və dağıntıların olmasına səbəb olub. ABŞ rəhbərliyi ya Obama administrasiyasının siyasi xəttini davam etdirə, ya da ki, indiki zamanda məhz Əsədin qanuni prezident olması faktını etiraf bilərdi.

Seçim edilib, və, belə görünür ki, bu seçim real siyasətin xeyrinədir., - deyə Bruter qeyd edib.

Münaqişənin daha çox tərəfi danışıqlar masasına əyləşməyə və geniş formatda diskussiya aparmağa razıdır. Hər kəs anlayır ki, gec ya tez, Suriya kimi etnik qəliz ölkədə vətəndaş münaqişəsinin həlli üçün bunu etmək lazım olacaq.

ABŞ bunu etiraf etdi. Bu çox müsbət andır, və bu, o deməkdir ki, danışıq meydançası açıqdır. Ümid edək ki, o, uğurlu olacaq, çünki Suriya mübaribəsinə son qoymaq lazımdır.”, - deyə Bruter bildirib.

Politoloq əlavə edib ki, İŞİD üzərində qələbə əldə edildikdən sonra, Suriyada müharibədən sonrakı ölkə quruluşu ön plana çıxacaq və normal seçkilər keçirilməyənədək Bəşər Əsəd öz vəzifəsində qalmalıdır, çünki yalnız o, Suriyanın böyük hissəsinə nəzarət edir.

 

Qələbənin açarı

Rusiya-ABŞ münasibətləri üzrə mütəxəssis Viktor Oleviçin sözlərinə görə, Rusiyanın Suriyadakı qanuni hökumətə verdiyi dəstəyə görə vəziyyət kökündən dəyişib, buna görə də 5 il ərzində olduğu kimi, rəsmi Vaşinqtonun Əsədin istefasını tələb etməsi mənasızdır.

Qərb ölkələrinin Suriyada Əsəd hakimiyyətini devirmək üçün attığı addımlar iflasa uğrayıb, və artıq ABŞ rəsmi Moskva da daxil olmaqla, digər əsas oyunçularla razılığa gəlməli olacaq. Bu cür bəyanatlar regiondakı vəziyyətin dəyişməsinin və ABŞ-ın “daha təkbaşına dövlətlər və hökumətlərin talelərini həll etmək qüdrətində olmadığını” anlamasının sübutudur.”, - deyə Oleviç aydınlıq gətirib.

Politoloq ABŞ-ın rəsmi simalarının bu bəyanatları çox gec - qanlı Suriya münaqişəsində yüzminlərlə insanın həlak olmasından sonra etdiyinə görə öz təəssüfünü ifadə edib. Lakin, mütəxəssisin sözlərinə görə, verilmiş vədlər rəsmi Vaşinqtonun Suriya danışıqlarında daha konstruktiv mövqe tutacağına dair müəyyən ümidlər verir.

Tərəflərin, Suriyanın münaqişə bitdikdən sonra nə cür görünəcəyinə dair məsələdə razılığa gəlməsi vətəndaş müharibəsinin bitməsinin açarıdır.

Yalnız regiondakı əsas oyunçuların konsensusa (yekdilliyə, həmrəyliyə) gələcəyi zaman, münaqişənin hərbi fazasının bitməsi və yeni Suriya mühitinə keçid haqda danışmaq olacaq.

Lakin buna hələ çox var. Həm də ona görə ki, ABŞ-dakı mövcud daxili siyasi böhran davam edir və Tramp administrasiya üçün Rusiya ilə açıq danışıqlar aparmaq çətindir.”, - deyə politoloq sonda deyib.


Tərcümə İslamAzeri.com saytına məxsusdur


“Qərarı Suriya xalqı verəcək”: Nə üçün ABŞ Əsədin istefasını tələb etməkdən imtina etdi? - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda Respublika Günü qeyd olunur
    Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.
     28.05.2017
    "Amnesty İnternational" təşkilatı israillilərin Qüdsdə yürüyüş keçirmələrini beynəlxalq qanunlara zidd adlandırıb.
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ