EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:07.06.2017 14:35:04

Qəlyan çəkən insanda siqaret çəkən insanla müqayisəd tüstü ağciyərin daha dərin hissələrinə daxil olur ki, bu da daha ağır pozulmaların inkişafına səbəb olur.

Son zamanlar qəlyan çəkmək ölkəmizdə dəbə minib.
Bu çox təhlükəli dəbdir ki, nəticədə ölkəmizdə ağır nəfəsalma sistemi xəstəliklərdən əziyyət çəkənlərin sayı daha da artacaq. Ən pisi isə odur ki, bu dəb əsasən cavanlar arasında yayılıb və "müasirliyin", "sərbəstliyin" rəmzi kimi qiymətləndirilir.
Cavanlar arasında qəlyan çəkməklə bağlı çox təhlükəli yanılma yayılıb ki, guya, qəlyan siqaretdən daha az ziyanlıdır. Bu olduqca səhv fikirdir.
Araşdırmalar göstərir ki, qəlyan çəkmək əksinə siqaret çəkməkdən qat-qat ziyanlıdır.
1. Qəlyanda tüstü su filtrdən keçir. Qəlyan çəkənlərin fikrinə görə, bu zaman tüstü ziyanlı maddələrdən tam "təmizlənir". Lakin bu belə deyil. Su tüstünü ziyanlı maddələrin az bir hissəsindən təmizləyir, əsas hissəsi isə qalır.
2. Araşdırmalar göstərir ki, 1 saat ərzində qəlyan çəkən insan 1 siqaret çəkənlə müqayisədə 100-200 dəfə daha çox tüstü udur. Bu zaman onun orqanizminə daxil olan dəm qazının miqdarı 1 qutu siqaret çəkən insanla eynidir. Dəm qazı ən güclü zəhərlərdən biridir.
3. Qəlyan çəkən insanda siqaret çəkən insanla müqayisəd tüstü ağciyərin daha dərin hissələrinə daxil olur ki, bu da daha ağır pozulmaların inkişafına səbəb olur.
4. Qəlyan çəkən insanlar birdəfəlik müştükdən istifadə edir və onların fikrinə görə bu "sterilliyi" təmin edir. Lakin birdəfəlik müştük qəlyan çəkən insanı infeksiya və mikroblardan qorumur. Mikroblar qəlyan şlanqlarında və qabda toplanır. Hər qəlyan çəkən insandan sonra bu şlanq və qab yaxşı-yaxşı yuyulmalıdır. Təbii ki, bu hər dəfə baş vermir və nəticədə insanda çox ciddi infeksiyalara (vərəm və s.) yoluxma riski yüksək olur.
5. İsrail alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qəlyan çəkmək qida borusu və ağciyər xərçənginin riskini xeyli artırır.


Saglamolun.Az


Qəlyanın 5 böyük ziyanı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ