EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.09.2017 22:01:30

İŞİD və “Əl-Qaidə”-dən də qəddar mafiya.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın 42 ştatında və Latın Amerikasının bir neçə ölkəsində beynəlxalq terror təşkilatlarından da qəddar hesab edilən mafiya fəaliyyət göstərir.

Baxmayaraq ki, “Mara Salvatrucha” (hərfi tərcümədə “Salvadorlu avara qarışqalar bandası” mənasını verir - red.) böyük gəlir əldə edə bilməyib, lakin onun üzvləri özünə məxsus qəddarlıqları ilə bütün dünyada “şöhrət qazanıblar”.

Masələn, banda üzvlərinin ən sevimli silahı maçetedir. Bu cinayətkarlar öz qurbanlarının başlarını kəsir və bədənlərini isə tikə-tikə edirlər, daha sonra isə itlərə yedirirlər.

“Bandanın” özəl nişanələrindən biri də 13 bıçaq zərbəsi ilə həyata keçirilən qətldir. Buna görə adıçəkilən mafiya “MS-13” adı ilə də məşhurdur.

Maraqlıdır ki, “MS-13” öz aralarındakı “satqınlara” qarşı xüsusi amansızlığı ilə də seçilir. Qruplaşmanın qaydalarından biri “Xəbərçisənsə, öləcəksən” prinsipidir.

“Əl-Qaidə” və İŞİD kimi terror təşkilatlarından fərqli olaraq, “MS-13”-ün vahid lideri və dəqiq quruluşu yoxdur. Banda müxtəlif dağınıq dəstələrin cəmindən təşkil olunur.

Adıçəkilən mafiyanın fəaliyyətinin miqyasını anlamaq üçün bunu qeyd etmək kifayətdir ki, cari ilin iyul ayında ABŞ Prezidenti Donald Tramp öz administrasiyanın əsas hədəflərindən biri kimi “MS-13”-ün silahsızlaşdırılması, məhv edilməsi və aradan aparılması”nı göstərib.

“Onlar “Əl-Qaidə” kimi, bəlkə də onlardan da pisdirlər.”, - deyə Tramp bildirmişdi.

Əlavə edək ki, “MS-13” 1980-ci ildə yaranıb və günümüzə qədər gəlib çıatb. Onun təxminən 50 min üzvü var.

 


Qəddarlığı ilə İŞİD və "Əl-Qaidə"-ni kölgədə qoyan mafiya - “MS-13” - ƏTRAFLI - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyada ilk ipək kitab
    "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub.
     16.12.2017
    Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapılıb
    Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
     16.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ