1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:25.05.2017 18:00:16

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları 2017‑ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

 

Tarix

           Şəhər (rayon)

17.06.2017

          Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikası

23.06.2017

          Lənkaran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən,  Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı

30.06.2017

          Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Quba

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.

 


Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ