EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:15.06.2017 17:33:03

“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.

İslamazeri.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı Fransisko Xavyer Ernandes Qonzales “qırmızı-qaralar”la anlaşıb.

Bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “Qəbələ” Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi Avstriyada təlim-məşq toplanışında olan kollektivə bu gün qoşulacaq.

“Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 millisində çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub.

2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan hücumameylli yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.


“Qəbələ” “Real Madrid”in keçmiş oyunçusunu transfer edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ilə kürdlər arasında mühüm razılıq: Ordu Mənbicə girir
    Suriya ilə kürdlər arasında mühüm razılıq əldə olunmasıyla bağlı xəbərlər yayılıb
     25.02.2018
    Azərbaycanda tələbələrin təqaüdləri artırılıb
    Azərbaycanda tələbələrin təqaüdləri artırılmasıyla bağlı Azərbaycan Prezidenti sərəncam imzalayıb
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ