1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.02.2019 16:08:05

Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.

Bu gün Nəsimi Rayon Məhkəməsində Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un məlumatına görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Qazax rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İ.Süleymanov Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi ilə bağlı həbs olunub.

Xatırladaq ki, bir qədər əvvəl İ.Süleymanov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs olunub.


Qazaxda ölüm işinə görə tutulan polis əməkdaşının həbs müddəti uzadılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif də Şri-Lankadakı terrorlardan yazdı
    İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Şri-lankada baş verən terror aktlarıyla bağlı özünün sosial şəbəkə səhifəsində yazıb
     21.04.2019
    Ərdoğan: Bu hücum insanlığa qarşı törədilib
    Şri-lankada baş vermiş terror aktlarıyla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib
     21.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ