1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:15.07.2019 11:31:06

Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakıda avtomobilin aşması ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Ələt istiqamətində hərəkət edən "Lada" markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Mərkəzdən verilən məlumata görə, xəstələrdən üçünün vəziyyəti yaxşı olduğundan onlar ambulator müalicəyə göndəriliblər. Digər iki nəfər 1985-ci il təvəllüdlü Məmmədova Nəzakət Hülüxan qızı boyun fəqərəsinin çıxığı və sınığı, 2013-cü il təvəllüdlü Məmmədov Məhəmməd Kənan oğlu isə döş qəfəsinin arxa hissəsinin kesilmiş, deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər.


Qaradağda ağır qəza - "Lada" yol kənarına aşdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ