EURO 1,9254 NEFT 72,2
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:08.08.2018 10:43:17

30 yaşlı futbolçu arxayınlaşmadıqlarını, cavab oyununa daha yaxşı vəziyyətdə çıxacaqlarını bildirib.

"Əhvalımız yaxşıdır. Fövqəladə nəsə baş verməyib".

İslamazeri.com sportal.az-a istinadən xəbər verir ki, bu sözləri Belarusun BATE klubunun futbolçusu Stanislav Draqun Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a minimal hesabla (0:1) qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

30 yaşlı futbolçu arxayınlaşmadıqlarını, cavab oyununa daha yaxşı vəziyyətdə çıxacaqlarını bildirib: "Biz gücümüzə sahib çıxdıq və belə qələbə qazandıq. Xüsusi sevinc yoxdur. Çünki heç nə həll olmayıb. Cütün cavab oyunu da var, 90 dəqiqəlik ağır mübarizə bizi gözləyir".

Belaruslu yarımmüdafiəçisi "Qarabağ"ın ani səhvdən qol buraxdığını, amma bunun BATE-nin təzyiqindən irəli gəldiyini sözlərinə əlavə edib: "Oyuna yaxşı başladıq. Həyəcanı tez boğduq. Rəqib müdafiədə kobud səhv etdi, topa yiyələnməyi bacardıq və qol vurduq. Futbol səhvlər üzərində qurulub. Amma "Qarabağ"da yüksək səviyyəli futbolçuları və əla baş məşqçisi var".

O bildirib ki, buraxılan qoldan sonra "Qarabağ" təzyiq edib və bu, onların işinə çətinlik törədib: "Qoldan sonra "Qarabağ" məntiqli hücumlar etməyə başladı. Bu da bizə çətin oldu. Lakin müdafiədə etibarlı oynadıq. Buna görə də futbolçulara təşəkkür edirəm".

Draqun vurduğu qolu şərh edib: "Vurduğum qolda müdafiəçilər kobud səhv etdilər. Topu ələ keçirən Siqneviç yaxşı ötürdü və mən də gözəl qol vurdum. O epizodda müdafiəçi səhv etməyə məcbur idi. Bu qolumu müəyyən səbəblərə görə sağlamlığında problemləri olan həyat yoldaşımla qızıma həsr edirəm. Ümid edirəm ki, BATE-nin müsbət nəticəsi onlara yaxşı təsir edəcək. Güclü olmaları üçün dua edirəm".

Belaruslu futbolçu cavab oyunu haqda danışıb: "Borisov Arena"da hər şey sıfırdan başlayacaq. "Qarabağ" Belarusda son döyüşünə çıxacaq. Ancaq biz doğma divarlar arasında gözəl oyun nümayiş etdirmək və qələbə qazanmaq istəyirik".


“Qarabağ”ı cəzalandıran futbolçu: "Müdafiəçi səhv etməyə məcbur idi"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda gecə saatlarında dəhşətli qətl - Gənc ürəyindən bıçaqlandı
    Bakıda gecə saatlarında qətl hadisəsi baş verib.
     15.08.2018
    Temperatur yenidən yüksələcək
    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ