1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.10.2020 06:08:43

Azərbaycan və Ermənistan 10 oktyabr 12:00-dan Qarabağda atəşkəsə dair razılıq əldə edib

İslamazeri.com RİA-ya istinadən xəbər verir ki ki, Azərbaycan və Ermənistan 10 oktyabr 12:00-dan Qarabağda atəşkəsə dair razılıq əldə edib.

Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov Moskvadakı 10 saatlıq danışıqların yekununa dair çıxışında bildirib.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının prezidenti (İlham) Əliyev və Ermənistan Baş naziri (Nikol) Paşinyanın razılıqlarına əsasən, tərəflər aşağıdakı addımlar barədə razılaşıblar. Birinci: 2020-ci il 10 oktyabr 12:00-dan humanitar məqsədlər çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin mübadiləsi üçün atəşkəs elan edilir”, - deyə Lavrov qeyd edib.

Bakı və Yerevan “tezliklə sülh həlli yoluna nail olmaq məqsədi ilə substantiv danışıqlara” başlamağa da razılaşıb. Üstəlik tərəflər Qarabağla bağlı danışıqlar formatının dəyişməzliyini təsdiq ediblər.

Birgə sənədin mətninə əsasən, atəşkəsin konkret parametləri əlavə olaraq razılaşdırılacaq.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Zöhrab Mnatsakanyanın danışıqları tamamilə qapalı formatda keçirilib. Görüş başlamazdan öncə isə tərəflər bəyanat verməkdən çəkiniblər.


Qarabağda atəşkəs elan edildi - İLKİN BƏNDLƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ