EURO 1,9794 NEFT 71,88
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:01.11.2017 09:11:24

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti turun ilk görüşləri keçirildi.

Azərbaycan təmsilçisi “Qarabağ” İspaniyada “Atletiko” ilə qarşılaşıb.

Təmsilçimiz çətin Madrid matçında hesabı açan tərəf olub. Belə ki, oyunun ilk hissəsində Qurban Qurbanovun yetirmələri Miçelin vurduğu qolla irəli keçib. Elə bu üstünlüklə birinci yarı bitib.

İkinci hissədə “Atletiko” təzyiqi artırmağa başlayıb. Rəqibi əks hücumda yaxalayan təmsilçimiz az qala ikinci qolu ispanların qapısından keçirəcəkdi. Lakin “Qarabağ”ın hücumçüsu Ramil Şeydayevin ötürməsində qeyri-dəqiqlik buna imkan verməyib.

“Atletiko”nun davamlı hücumları 56-cı dəqiqədə qolla nəticələnib. İspaniya təmsilçisinin futbolçusu Tomas uzaqdan vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın 59-cu dəqiqəsində Qurban Qurbanovun yetirmələri azlıqda qalıb. Oyunun ən fəalı olan Pedro Enriqe kobudluğa görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bundan sonra azlıqda qalan “Qarabağ” müdafiəyə çəkilib və hesabı sona qədər qoruya bilib.

“Ateltiko” - “Qarabağ” 1:1

Qollar: Miçel 40, Tomas 56.


“Qarabağ” səfərdən başıuca dönür - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hindistanda musson yağışlar yüzlərlə insanın həyatına son qoydu
    Mürəkkəb hava şəraiti ölkənin 91 regionuna təsir edib.
     18.07.2018
    Suriyada naməlum hərbi təyyarə qəzaya uğradı
    Hadisə Əl-Həsəkədə baş verib.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ