EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:02.11.2018 11:29:53

Bakıda Qara dəniz regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum keçirilir.

Bakıda Qara dəniz regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafına həsr edilmiş Beynəlxalq Biznes Forum keçirilir.

Trend-in məlumatına görə, forumun açılışında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayev deyib ki, Azərbaycanda iqtisadiyyatın inkişafının təmin edilməsi üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm amillərdən biridir: “Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində özəl sektora müdaxilə halları azalıb. Bununla yanaşı, sahibkarlığa dövlət maliyyə köməkliyi mexanizmi yaradılıb və bu mənbə hazırda kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir”.

Onun sözlərinə görə, ölkədə əlverişli biznes mühitinin yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməkdədir: “Bunun nəticəsində sahibkarlıq subyektlərinin qeydiyyatında "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə dünya təcrübəsi öyrənilərək onun tətbiqinə başlanılıb və biznesə başlama müddəti 3 günə qədər azaldılıb. Bu gün əsas hədəfimiz milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını və inkişafını təmin etməkdir”.

ASK prezidenti qeyd edib ki, hazırda respublikada gerçəkləşdirilən bütün islahatlar yeni keyfiyyət mərhələsinə keçib, başlıca hədəflər milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində öz ifadəsini tapıb: “Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, leqal məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığının yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilib”.

Image result for Məmməd Musayev


“Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu ilə ticarət dövriyyələrini artıra biləcək”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ