EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296

BALAXANIDA KİÇİK BİR EVDƏ 103 YAŞLI RƏSMLƏR... - FOTOSESSİYA

Kateqoriya: FOTO REPORTAJ

Yayınlanma tarixi: 26.12.2016 12:30:31

Balaxanıda kiçik bir evdə 103 yaşlı rəsmlər... - FOTOSESSİYA

Balaxanıda kiçik bir evdə 103 yaşlı rəsmlər... - FOTOSESSİYA

Üzeyir dayı 61 ildir Balaxanıda kiçik bir evdə yaşayır. Evin kiçik olmasına baxmayaraq, mənzili digər evlərdən tamam fərqlənir. Evi fərqli edən əsas cəhətlərdən biri isə otaqların hər tərəfinin rəsm əsərlərindən ibarət olmasıdır.

Bu evi 1913-cü ildə Üzeyir dayının babası Rəcəbəli Əbdüləli oğlu tikdirib. Deyir ki, keçmişdə balaxanılıların 80 faizinin neft quyusu olub. O quyulardan bir neçəsi də Rəcəbəli Əbdüləli oğlunun olub.

Üzeyir dayının babası rəsmə olan sevgisini bir otağa başdan ayağa şəkil çəkdirməklə göstərib. Rəsmlərin çəkilməsindən 103 il keçməsinə baxmayaraq, hələ də öz keyfiyyətini itirməyib.

Üzeyir dayı deyir ki, bu rəsmləri bugünə qədər qoruyub saxlayıblar: "İstəyim odur ki, məndən sonra da övladlarım onu qoruyub saxlasın".

Babasının tikdirdiyi evə Üzeyir dayı müəyyən artırmalar edib.

1-1913-cü ildə tikilən evin qonaq otağında rəsmlər hələ də öz keyfiyyətini itirməyib.

2-İstilik sobasının üzərində çəkilən rəsmlər belə solmayıb.

3-Üzeyir dayı deyir ki, rəsmlər yağlı boya ilə çəkildiyindən bu cür keyfiyyətli olub.

4-Evin tavan hissəsində 32, divar hissəsində isə 6 müxtəlif məzmunlu şəkillər var.

5-Üzeyir dayı babası Rəcəbəli Əbdüləli oğlunun fotosunu hələ də qoruyub saxlayıb.

6-Çəkilməsindən 103 il keçən bəzi rəsmlər artıq məhv olur.

7-Üzeyir dayının babası təkcə divarlara deyil, evlərin qapılarına da rəsmlər çəkdirib.

8-Üzeyir dayı deyir, rəsmlər elə zövqlə çəkilib ki, onlara baxdıqda insan sakitləşir.

9-Üzeyir dayı tavanda çəkilən rəsmlərin mənasını izah edir.

10-Babasının çəkdirdiyi rəsmləri əvvəlcə atası qoruyub saxlayıb, daha sonra özü. İndi də istəyir ki, övladları da qoruyub saxlasın. (Meydan TV)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İSTANBULDA QÜDS GÜNÜ...
     23.06.2017 19:33:33
    İKİ İMAMIN ZİYARƏTGAHI
     14.03.2017 18:44:44
    İMAM ƏLİNİN (Ə) ZİYARƏTGAHINDAN YENİ FOTOLAR
    Mübarək məzarı İraqın Nəcəf şəhərində olan birinci imam, həzrəti Əlinin (ə) ziyarətgah edilən türbəsindən çəkilən yeni fotoları təqdim edirik
     01.02.2017 15:46:40
    AYƏTULLAH RƏFSƏNCANİNİN VİDA, CƏNAZƏ NAMAZI VƏ DƏFN MƏRASİMLƏRİNDƏN FOTOLAR
    İslamazeri.az xəbər verir ki, bu gün Ayətullah Rəfsəncaninin vida, cənazə namazı və dəfn mərasimləri keçirilib.
     10.01.2017 19:02:40

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ