BAKIDA MÖVLUD MƏRASİMİ

Kateqoriya: FOTO REPORTAJ

Yayınlanma tarixi: 22.11.2019 18:24:26

BAKIDA MÖVLUD MƏRASİMİ

BAKIDA MÖVLUD MƏRASİMİ

Bakıda İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu keçirildi

İslamazeri.com xəbər verir ki, bu gün, paytaxt Bakı şəhərində, məşhur mərasim zallarından birində İçərişəhər Cümə məscidi və "Kral" ət və ət məhsulları şirkətinin təşəbbüs və təşkilatçılığı, maddi və mənəvi dəstəkləri ilə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s) və onun əziz nəvəzi həzrəti İmam Cəfər Sadiqin (ə) mövlud məsclisi keçirilib.

Tədbir, Azərbaycan Respulikasının himninin birgə oxunması və müqəddəs Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra İçərişəhər Cümə məscidinin axundu ilahiyyatçı-alim Hacı Surxay Məmmədov açılış nitqi edərək, qonaqları mövlud münasibəti ilə təbrik edib. O cümlədən də, tədbirə dəstək verən “Kral” ət və ət məhsulları şirkətinin direktoru Yavuz Həsənov da, öz növbəsində, qonaqları salamlayıb.

Tədbirdə ilahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Hacı Eldayaq Hüseynov çıxış etdilər.

Məclisdə incəsənət xadimləri və məddahlardan “Natiq Ritm Qrupu”, Hacı Ceyhun Müəzzin, Hacı Rəşad, Hacı Elşən Xəzər, İzzət Bağırov və digərləri ifalar ediblər.

Keçirilən sual-cavab yarışında isə, düzgün cavabı səsləndirmiş şəxsə Kərbəla ziyarəti hədiyyə edilib.

Sonda isə tədbir Hacı Surxay Məmmədlinin çıxışı ilə bitib.

Qeyd edək ki, İçərişəhər məscidi və “Kral” şirkəti artıq ikinci ildir ki, "Vəhdət Həftəsi" - Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud tədbirini keçirir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BAKIDA MÖVLUD MƏRASİMİ
     22.11.2019 18:24:26
    PEYĞƏMBƏR VƏ İMAM HƏSƏNİN ŞƏHADƏT MƏRASİMİ
    İslamazeri.com xəbər verir ki, Bakının Məşədi Dadaş məscidində İslam Peyğəmbəri Həzrəti Muhəmməd (s) və İmam Həsənin (ə) şəhadəti münasibətilə mərasim keçirilib. Tədbirə çox sayda inanclı qatılıb.
     28.10.2019 10:28:29
    PEYĞƏMBƏRİN VƏFATI GÜNÜ 84 TON ŞORBA BİŞİRİLDİ
    İslamazeri.com xəbər verir ki, Şirazda dünyanın ən böyük ehsan şorbası bişirilib. Qeyd olunur ki, İslam Peyğəmbəri və İmam Həsənin şəhadəti günü münasibətilə 84 min kq şorba bişirilib. Şorba bütün ehtiyaclı və yerli sakinlərə ehsan olunub. İnsanlar bu şorbadan şəfa məqsədilə nuş ediblər.
     27.10.2019 20:49:54

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ