1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.06.2017 10:52:18

Putin film çəkilişləri zamanı verdiyi geniş müsahibədə bir çox aktual məsələlərə toxunub.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan olan rejissor Oliver Stouna Rusiya-ABŞ münasibətləri və NATO-nun dünyadakı rolu barədə danışıb. Bundan başqa, Putin və Stoun Stenli Kubrikin çəkdiyi "Doktor Streynclav və ya mən necə bombadan qorxmadım və bombanı sevməyə başladım" filmini də izləyiblər. Məlum filmdə Sovet İttifaqı ilə ABŞ arasındakı hipotetik nüvə münaqişəsi göstərilib.

“Putinin müsahibəsi” adlı sənədli film 12-15 iyun tarixlərində ABŞ-da “Showtime” telekanalında nümayiş olunacaq.

 

 

“Heç kəs sağ qalmazdı...”

 

Oliver Stoun Putindən “qaynar münaqişə” təqdirində ABŞ-ın üstünlüyü barədə sual verib.

Düşünürəm ki, müharibədən heç kəs sağ çıxmazdı.”, - deyə Putin cavab verib.

Daha əvvəl isə Rusiya Prezidenti rəsmi Moskva ilə rəsmi Vaşinqtonun arasındakı cari münasibətləri soyuq müharibə dövründən bəri ən pis münasibətlər olaraq qiymətləndirib. O, qeyd edib ki, əvvəlki onilliklər ərzində qurulmuş qarşılıqlı əməkdaşlığın əsası məhv olub.

 

 

“Ümid hər zaman var”

 

 

Bununla belə Rusiya lideri qeyd edib ki, ikitərəfli münasibətlərin yaxşılaşacağına şəxsən ümid edir.

Nə qədər ki, bizi ağ nəleyinlərlə qəbiristanlığa aparmayıblar, həmişə ümid var.”, - deyə Putin Trampın 2 ölkə əməkdaşlığındakı mümkün rolu barədəki suala cavab verərkən gülərək deyib.

Qeyd edək ki, ötən gün məlum olub ki, Tramp dövlət katibi Reks Tillersona rəsmi Moskva ilə münasibətlərin yoluna qoyulması barədə tapşırıq verib.

Prezident aydın şəkildə mənə bildirdi: siyasət sahəsində baş verənlərə imkan vermək olmaz, bu istiqamətdə tapşırılmış işi yerinə yetirməyə mane olmaq olmaz. O, olduqca açıq şəkildə işarə etdi ki, biz tərəqqiyə nail olmalıyıq.”, - deyə Tillerson jurnalistlərə bildirib.

 

 

“NATO nə üçün mövcuddur?”

 

Putin həmçinin NATO-nun rolu barədə də fikir söyləyib. O, qeyd edib ki, hazırda alyans öz mövcudluğuna bəraət qazandırmaq üçün xarici düşmən axtarışındadır.

Daha Şərq Bloku yoxdur, Sovet İttifaqı yoxdur. O zaman nə üçün NATO hələ də mövcudluğunu davam etdirir? Mənə elə gəlir ki, NATO öz mövcudiyyətinə haqq qazandırmaq üçün xarici düşmən axtarır, müntəzəm olaraq xarici düşmən axtarışı gedir və ya kimisə düşmən adlandırmaq üçün təxribatlar törədilir.”, - deyə Putin bildirib.

 

 

Disksiz boş qutu

 

“Variety” qeyd edir ki, Putin və Stoun Stenli Kubrikin “Doktor Streynclav və ya mən necə bombadan qorxmadım və bombanı sevməyə başladım” filminə də baxıblar. Adıçəkilən filmdə SSRİ ilə ABŞ arasındakı hipotetik nüvə münaqişəsi nümayiş olunub.

(Kubrik) bəzi problemləri hətta texniki nöqteyi nəzərdən qabaqcadan görüb, həqiqi təhdidlər barədə düşünməyə vadar edən, mövcud olan problemləri qabaqcadan bilib... Məsələ burasındadır ki, o zamandan bəri çox az bir şey dəyişib. Yeganə fərq budur ki, müasir silahlanma sistemləri daha da təkmilləşir, daha da mürəkkəbləşir. Lakin silahlardan cavab olaraq istifadə etmək və bu cür silahlanma sistemlərinə nəzarət etməyin mümkün olmaması ideyası, əvvəlki kimi, indi də düzdür. Bu, daha da qəliz, daha da təhlükəli olub.”, - deyə Putin bildirib.

Stoun həmçinin filmin DVD-diskini də Putinə hədiyyə edib. Bundan sonra isə Rusiya Prezidenti gedib. Sonradan məlum olub ki, rejissor Putinə boş qutu verib: prodüsserlər onun içinə diskin özünü qoymağı unudublar.

Tipik amerikan hədiyyəsi!”, - deyə Putin zarafat edib.

 

 

Rusiya liderinin idman nailiyyətləri

 

“Bloomberg” agentliyi qeyd edir ki, Stoun öz sənədli filmində Rusiya Prezidentinin necə idmanla məşğul olduğunu da göstərib: Putin xokkey oynayarkən və trenajor qurğularında məşq edərkən göstərilib.

Putinin özü müsahibəsində bildirib ki, hər gün üzür və ağırlıq qaldırır.

Bundan başqa filmə Putinin şəxsi həyatının digər anları da daxil edilib. Məsələn, Stoun Putinin köklə cins atı yemləməsini də çəkib. Həmin at Holland fizikaçı Yohannes Diderik van der Vaalsın şərəfinə adlandırılıb.

 

Qeyd: Tərcümə İslamAzəri saytına məxsusdur


Putin ABŞ-la müharibədən danışdı: “Heç kəs sağ çıxmaz!” - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ