1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.12.2017 16:30:34

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

İslamazeri.com Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Söz dövlət ittihamçısına verilib.

Prokuror çıxışında M.Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqdarda narkotik) 234.1-ci (satış məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama - təkrar törədildikdə) maddəsinin isə 228.1-ci və 228.4-cü maddələrinə tövsif edilməsini istəyib.

Dövlət ittihamçısı onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonunun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.


Prokurordan "Lotu Quli"nin qohumu ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tanınmış vəkil təqsirləndirilən şəxs qismində
    Mayın 24-də Bakının Səbael Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində tanıyıb.
     25.05.2018
    Türkmənistanda yenilik: Polislər tualet və zibilxanalarda qəzet araşdırmalarına başlayacaq
    Polis əməkdaşlarına bu məqsədlə zibillikləri də yoxlamaq göstərişi verilib
     25.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ