EURO 1,9424 NEFT 61,14
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.10.2018 14:56:10

Baş nazir bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı qərar verib

Baş nazir bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı qərar verib

Baş nazir Novruz Məmmədov bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsinin tətbiqi ilə bağlı qərara müəyyən dəyişikliklər edib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş nazir "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 286 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar verib.

Qərara əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarına 1 nömrəli əlavə - "Azərbaycan SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin siyahısı"nın Ağsu rayonu bölməsinin 227-ci hissəsində "Gürcüvan" sözü "Xanbulaq" sözü ilə əvəz edilib.

Eyni zamanda, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"nın "Arxeoloji abidələr" bölməsinin "Xaçmaz rayonu" hissəsinin "Yerləşdiyi ünvan" sütununun 1114-cü və 1115-ci bəndlərində "Müqtədir" sözü "İstisu" sözü ilə, "Qusar rayonu" hissəsinin "Yerləşdiyi ünvan" sütununun 1445-ci bəndində "Şirvanovka" sözü "Şirvanlı" sözü ilə əvəz edilib.

Qərarar görə, NK-nın 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda müəyyən dəyişikliklər edilib. Belə ki, "Astara rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Qamışovka" sözü "Qamışoba" sözü ilə əvəz edilsin; "Goranboy rayonu" bölməsinin "Yolun adı" sütununun 11-ci hissəsində "Əzizbəyov" sözü "Kəhrizli" sözü ilə, 14-cü hissəsində "Ağamalıoğlu" sözü "Düzqışlaq" sözü ilə əvəz edilib.

Eyni zamanda, "Göygöl rayonu" bölməsinin "Yolun adı" sütununun 5-ci hissəsində "Mixaylovka" sözü "Bənövşəli" sözü ilə, "Xaçmaz rayonu" bölməsinin "Yolun adı" sütununun 28-ci hissəsində "Alekseyevka" sözü "Çaykənarı" sözü ilə, "Xızı rayonu" bölməsinin "Yolun adı" sütununun 17-ci və 18-ci hissələrində "Şuraabad" sözü "Şorabad", "Qazax rayonu" bölməsinin "Yolun adı" sütununun 7-ci hissəsində "Kommuna" sözü "Bala Çaylı" sözləri ilə əvəz edilib.

Qərarda qeyd edilir ki, "Qusar rayonu" bölməsinin "Yolun adı" sütununun 29-cu hissəsində "Şirvanovka" sözü "Şirvanlı", "Oğuz rayonu" bölməsinin "Yolun adı" sütununun 9-cu hissəsində "Vladimirovka" sözü "Çayqovuşan", "Saatlı rayonu" bölməsinin "Yolun adı" sütununun 7-ci hissəsində "Xanlarkənd" sözü "Nabatkənd", "Samux rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Əli Bayramlı" sözləri "Sarıqaya" və 6-cı hissəsində "Qırmızı Samux" sözləri "Qaraağaclı" sözü ilə əvəz edilib.

Qərarda qeyd edilir ki, "Yevlax rayonu" bölməsinin "Yolun adı" sütununun 5-ci hissəsində "Bünyadabad" sözü "Yeni Çobankərə" sözü ilə əvəz ediləcək.

Qərara görə, Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "I. Büdcədən maliyyələşən müəssisələr" bölməsində də müəyyən dəyişikliklər edilib.

Belə ki, "16. Ağsu rayonu üzrə" hissəsinin "16.3. Kənd həkim məntəqələri" bəndində "Gürcüvan" sözü "Xanbulaq" sözü, "29. Goranboy rayonu üzrə" hissəsinin "29.4. Kənd və qəsəbə həkim məntəqələri" bəndində "Ağamalıoğlu" sözü "Düzqışlaq" sözü ilə və "Əzizbəyov" sözü "Kəhrizli" sözü ilə əvəz edilib.

Qərara görə, "33. Xaçmaz rayonu üzrə" hissəsinin "33.8. Kənd və qəsəbə həkim məntəqələri" bəndində "Alekseyevka" sözü "Çaykənarı" sözü ilə və "Müqtədir" sözü "İstisu" sözü ilə,"36. Xızı rayonu üzrə" hissəsinin "36.2. Kənd və qəsəbə həkim məntəqələri" bəndində "Şuraabad" sözü "Şorabad" sözü, "43. Qazax rayonu üzrə" hissəsinin "43.9. Kənd tibb məntəqələri" bəndində "Kommuna" sözü "Bala Çaylı" sözləri ilə əvəz edilib.

"45. Quba rayonu üzrə" hissəsinin "45.6. Kənd və qəsəbə tibb məntəqələri" bəndində "Novonikolayevka" sözü "Çaydüzü" sözü, "47. Qusar rayonu üzrə" hissəsinin "47.4. Kənd həkim məntəqələri" bəndində "Şirvanovka" sözü "Şirvanlı" sözü, "51. Masallı rayonu üzrə" hissəsinin "51.3-cü bəndində" "Kalinovka" sözü "Viləş" sözü ilə əvəz edilsin;. "55. Oğuz rayonu üzrə" hissəsinin "55.4. Kənd tibb məntəqələri" bəndində "Astraxanovka" sözü "Çaldaş" sözü,"57. Saatlı rayonu üzrə" hissəsinin "57.3 Kənd həkim məntəqələri" bəndində "Xanlarkənd" sözü "Nabatkənd" sözü, "57.4. Kənd tibb məntəqələri" bəndində "Qarayevkənd" sözü "Orta Muğan" sözləri ilə əvəz edilib.

Qərarada qeyd edilir ki, "60. Samux rayonu üzrə" hissəsinin "60.4. Kənd və qəsəbə həkim məntəqələri" bəndində "Qırmızı Samux" sözləri "Qaraağaclı" sözü ilə, "60.5. Kənd və qəsəbə tibb məntəqələri" bəndində "Luksemburq" sözü "Köbər" sözü ilə və "Əli Bayramlı" sözləri "Sarıqaya" sözü, "63. Şəmkir rayonu üzrə" hissəsinin 63.8-ci bəndində "Qasım İsmayılov" sözləri "Ağlavaşlı" sözü ilə, "63.13. Kənd və qəsəbə həkim məntəqələri" bəndində "Muxtariyyat" sözü "Qədimqala" sözü ilə əvəz edilsin.


Prezidentin sərəncamının icrası təmin edildi, 15 rayonda yer adları dəyişdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 11 ayda nə ucuzlaşdı, nə bahalaşdı? - Statistika
    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
     10.12.2018
    Tehranda Xəzərdə əməkdaşlıq və təhlükəsizlik üzrə görüş keçirilir
    İranın paytaxtı Tehranda Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik üzrə dördüncü görüş işə başlayıb.
     10.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ