EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:02.03.2019 02:21:16

İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə digər sənət adamları ilə yanaşı, əməkdar artist Tahir İmanov da çıxış edib. Belə ki, əməkdar artist film çəkilişləri ilə bağlı dövlət başçısından yardım istəyib.

Eyni zamanda, o, özəl televiziyalarda “Bakılı oğlanlar”a qoyulan qadağa barədə də Prezidentə məlumat verib. Həmçinin T.İmanov babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini xahiş edib.

T.İmanovun çıxışını dinləyən İlham Əliyev heç kimin onlara qadağa qoya bilməyəcəyini qeyd edib və “Parni iz Baku” komandasına dəstəyini ifadə edib.

Ölkə rəhbəri özəl televiziyaların belə qadağasının yanlış olduğunu diqqətə çatdırıb və eyni zamanda dövlətin daim onlara olan qayğısına da diqqət çəkib.

Prezident birbaşa orada Bakı şəhər İH başçısına müraciət edərək, küçələrdən birinə S.Ələsgərovun adının verilməsini də tapşırıb.


Prezidentdən İmanova: Sizə kim qadağa qoyub? - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı - SƏRƏNCAM
    Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ