EURO 1,9369 NEFT 62,7
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:13.12.2018 09:35:09

"Rosatom" İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.

Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu haqda “Rosatom”dakı mənbə açıqlayıb.

“Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”-mənbə deyib.

İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər.

Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür. “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”-mənbə deyib.

Qeyd edək ki, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə prezident İlham Əliyev Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin tərkibində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb.

AES tikintisi milyardlarla dollar investisiya tələb edən işdir və sovet dövründə Azərbaycanda bu layihəni həyata keçirmək üçün müəyyən hazırlıqlar görülüb.

"Rosatom" İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb.


“Prezident İlham Əliyevə Azərbaycanda AES tikintisini təklif etdik...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Taliban”dan Əfqanıstanda bombalı hücum: Onlarla ölü və yaralı
    "Taliban" terror təşkilatı Əfqanıstanda partlayış törədib.
     21.01.2019
    “Qaçqınkom”da Əli Həsənovun dövrünə dair ciddi pozuntular aşkarlandı - Materiallar Baş Prokurorluğa göndərildi
    Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515030,8 min manat vəsaiti əhatə edib.
     21.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ