EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:17.10.2019 21:41:45

Eyni zamanda fəalların həbsi davam edir.

Oktyabrın 19-na təyin edilmiş mitinqin keçirilməsi üzrə komitənin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmli bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. Onlara xəbərdarlq edilib.

"Bizə bildirdilər ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq, təşkilatçılar isə məsuliyyətə cəlb olunacaq. Biz öz növbəmizdə dedik ki, toplaşma azadlığı Konstitusiyada təsbit edilib. Biz öz konstitusion hüququmuzu gerçəkləşdirəcəyik", - Tofiq Yaqublu Turan agentliyinə bildirib.

Hakimiyyət Milli Şuraya təklif edib ki, oktyabrın 19-da mitinqi Lökbatanda keçirsin. Lakin müxalifət bunu məqbul saymayıb və aksiyanı Bakının mərkəzində "28 may" metro stansiyasının qarşısında keçirmək niyyətindədir.

Eyni zamanda fəalların həbsi davam edir. Bu gün AXCP rəhbər xadimlərindən biri, mitinqin Təşkilat Komitəsinin üzvü İlham Hüseyn iki ay inzibati həbs edilib.

Qeyri-rəsmi məlumatlara görə, son günlər 10-a yaxın AXCP fəalı inzibati qaydada həbs edilib. (Turan.az)


“Polis mitinq ərəfəsində müxalifətə təzyiqləri artırıb”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ