EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:27.05.2019 23:58:37

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.

P. Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib:

"Mən heç kimi harasa soxmuram. Amma nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları bununla bağlı mənə müraciət etməyib. Fuad Abbasov və digərlərinin Rusiyada yayımlanan tok-şoularda iştirak üçün təqdim etmək səfirliyin səlahiyyətində deyil".

Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: "Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P. Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: "Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok-şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparir”. (Unikal.org)


Polad Bülbüloğlundan deputata: “Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ