EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:16.05.2017 17:20:50

İraqda Mosulun Sincar rayonunda PKK terror təşkilatının sıralarında təxminən iki il yarım qalan yezidi militan təşkilatın İŞİD militanları ilə gizli danışıqlar aparıb ortaq hərəkət etdiklərini bildirib.

İslamazeri.com xəbər verir ki, təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən və Sincar rayonunda tanınmiş bir ailədən olan yezidi militan AA müxbirinə PKK sıralarında olanda təşkilat içərisində gördüklərini və qarşılaşdıqları barədə danışıb.

İŞİD terror təşkilatı 2014-cü ilin avqust tarixində Sincardakı yezidilərə hücum etməsindən sonra yaranan təhlükəsizlik boşluğundan dolayı PKK-nın tələsinə düşdüklərini bildirən yezidi militan təşkilatın hərbi düşərgələrində 2 il 4 ay ərzində aktiv fəaliyyət göstərdiyini etiraf edib.

Sincarda PKK sıralarında qaldığı müddət ərzində təşkilatın əsl üzünü digər yezidilər kimi yavaş-yavaş görməyə başladığını deyən keçmiş PKK militanı təşkilatın yezidiləri aldatmaq üçün İŞİD ilə döyüşürmüş imic verdiyini söyləyib.

PKK-nın Sincarda İŞİD-lə gizli bir şəkildə razılaşdığı həqiqətini ortaya çıxaran yezidi militan "PKK, Şenqal (Sincar) rayon sərhədlərində bəzi bölgələri ələ keçirmək üçün İŞİD-lə razılaşdığının fərqinə vardım. PKK yezidi kürdləri xoş etmək üçün İŞİD-in bəzi bölgələrdən razılaşdırılmış bir şəkildə geri çəkilməsini istədi. Bu şəkildə İŞİD-lə vuruşur imici verməyə çalışdı",- deyib.

 

PEŞMƏRGƏLƏRLƏ DÖYÜŞ TAPŞIRIĞI

 

PKK ilə İŞİD arasında aparılan çox gizli danışıqları təqib etməsi nəticəsində fərqinə vardığını bildirən yezidi militan "İŞİD militanları bir neçə dəfə PKK-çı paltarı ilə Şenqaldakı hərbi şəhərciklərimizə gəldi.",- məlumatını verib.
Hər iki tərəf arasındakı gizli əlaqənin ortaya çıxmasından sonra PKK tərəfindən öldürülməklə təhdid edildiyini bildirən yezidi militan "PKK-nın yüksək rütbəli vəzifəliləri açıq bir şəkildə İŞİD-lə əlaqələrini inkar etməyib, səssiz qalmağımı istədilər",- deyə bildirib.
Şenqalda PKK-çıların İŞİD-lə görüşünün ortaya çıxmasından sonra yezidilərin necə aldadıldığını başa düşməyə başladıq",- deyən yezidi militan "Bunun üstündən PKK yezidilərin Peşmərgələrlə döyüşməsi üçün göstəriş verdi. Yezidilər bunu rədd edib silahlarını yerə qoymağa başladı. Mən özümün də ayrılma səbəbim budur", deyib.

YEZİDİ UŞAQLARIN SİLAHLANDIRILMASI


"Yezidi uşaqların gələcəyi böyük bir təhlükə altındadır. PKK yezidi uşaqları Şenqaldan götürüb Qəndil və Suriyaya göndərir", deyən yezidi militan "PKK sıralarında qaldığım müddətdə gözlərimlə gördüyüm bir başqa narahatedici faktor isə, 8-9 yaşlarındakı yezidi uşaqların belə silahlandırılması və maarifləndirilməsi idi. PKK-nın yeganə məqsədi qan tökəcək militan yetişdirməkdir. Yezidi uşaqları bu əsas üzərində tərbiyə edirlər".
İŞİD və PKK terror təşkilatları arasında gizli ittifaq, Peşmərgəyə hücum göstərişi və yezidi uşaqların silahlandırılmasından sonra bir çox sincarlının silahı yerə qoyduğunu deyən yezidi militan "İndiyədək minə yaxın yezidi silahı yerə qoyub, ancaq 260 yezidi hələ də PKK sıralarındadır. Onlar da silahı yerə qoymalıdır. Bir çox yezidi PKK-nın kürd xalqının maraqları xaricində hərəkət etdiyini bilir",- deyə sonda bildirib.


PKK və İŞİD arasında gizli razılıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ