1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:27.01.2020 14:36:16

Kobe Bryant və qızı Gianna California-nın Calabasas şəhərində baş vermiş vertolyot qəzasında ölüb.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın basketbol əfsanəsi Kobe Bryant və qızı Gianna California-nın Calabasas şəhərində baş vermiş vertolyot qəzasında ölüb.

Qəza nəticəsində ümumilikdə doqquz nəfər ölüb.

41 yaşlı ulduz şəxsi vertolyot təyyarəsi ilə səyahət edirmiş. 

Los Angeles polisi deyib ki, qəzadan sağ çıxanlar olmayıb.

Beşqat NBA çempionu olan basketbolçu LA basketbol komandasının tərkibində oynayıb və o, basketbol tarixində ən yaxşı oyunçulardan biri sayılır.

Məşhurlar və həmkar idmançılar basketbolçunun ölümü ilə bağlı başsağlığı verir, bir çoxları isə ulduzun ani ölümünə təəccübləndiyini bildirirlər.

Kobe Bryant bütün ABŞ boyu keçirilən basketbol oyunlarında sükutla anılıb.

NBA ulduzun ölümü haqda yaydığı açıqlamada deyib ki, "Kobe Bryant və onun 13 yaşlı qızı Giannanın faciəvi ölümü onları bərbad hala qoyub".

Şerif Sheriff Alex Villanueva deyib ki, təyyarə qeydləri göyərtədə doqquz nəfərin olduğunu göstərib. Əvvəlcə bu rəqəmin beş olduğu düşünülürdü.

Qəzanın bazar günü səhər 10 radələrində baş verdiyi deyilir.

Qəzanın şahidləri TMZ saytında deyiblər ki, vertolyot qəzaya uğramazdan əvvəl onun mühərriki yerə çırpılıb.


Peşakar basketbol ulduzu Kobe Bryant vertolyot qəzasında öldü - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ