EURO 2,0032 NEFT 63,23
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.10.2017 11:07:04

Robert Menninq Türkiyə ilə ABŞ-ın viza prosedurlarını qarşılıqlı dondurması üzərinə yaranan böhranın Amerika ordusunun Türkiyədəki əməliyyatlarına təsir etmədiyini bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi polkovnik Robert Menninq Türkiyə ilə ABŞ-ın viza prosedurlarını qarşılıqlı dondurması üzərinə yaranan böhranın Amerika ordusunun Türkiyədəki əməliyyatlarına təsir etmədiyini bildirib.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Menninq Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Türkiyə ilə ABŞ arasında viza prosedurlarının qarşılıqlı olaraq təxirə alınması barədə Xarici İşlər Nazirliyinin daha ətraflı məlumatlara sahib olduğunu bildirən Menninq, "Türkiyə güclü bir koalisiya həmkarıdır və yaxın bir NATO müttəfiqimizdir. Bu proseslərin oradakı əməliyyatlarımız və şəxsi heyətimizə təsir etmədiyini təsdiq edirəm",- deyib.

Mətbuat katibi belə davam edib:

"İncirlikdəki Türk Hava Qüvvələri mənsubları NATO və koalisiya çərçivəsindəki mühüm rolunu icra etməyə davam edir. İncirlik və Türkiyənin digər bazalarından aparılan İŞİD əleyhinə əməliyyatlarımız türk müttəfiqlərimizlə yaxın koordinasiya və tam dəstəkləri ilə davam edir. Bizim birgə və ayrı əməliyyatlarımız da yenə yaxından koordinasiya ilə davam edəcək".


Pentaqon ABŞ-la Türkiyə arasındakı viza böhranına münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünyada ilk ipək kitab
    "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub.
     16.12.2017
    Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapılıb
    Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
     16.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ