EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.03.2017 12:59:48

“2017-ci ilin mart ayı üzrə Azərbaycanda əmək pensiyalarının nəzərdə tutulan qrafikdən əvvəl maliyyələşdirilməsi üçün aidiyyəti tədbirlərin görülməsi təmin olunub.”

Oxu.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, qarşıdan gələn Novruz bayramı nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub:

“Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb.

Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb.
Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib”.

Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir.

Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.


Pensiyaçılara ŞAD XƏBƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ